Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:38

Mirziyoyev baş qərargah rəisini Qaraqalpaqıstana görə işdən çıxarıb?


Zaynalabdin Nizomiddinonov və prezident Şavkat Mirziyoyev
Zaynalabdin Nizomiddinonov və prezident Şavkat Mirziyoyev

Zaynalabdin Nizomiddinonovun vəzifədən kənarlaşdırılmasının rəsmən onun səhhəti ilə bağlı olduğu bildirilir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev silahlı qüvvələr baş qərargahının rəisini vəzifəsindən azad edib.

Şərhçilər bunu ölkənin Qaraqalpaqıstan bölgəsində ötən həftə baş vermiş zorakı etirazlarla izah edirlər.

Bu, son 17 ildə Mərkəzi Asiyada ən pis zorakılıq hesab olunur.

Zaynalabdin Nizomiddinonovun vəzifədən kənarlaşdırılmasının rəsmən onun səhhəti ilə bağlı olduğu bildirilir.

Lakin Mirziyoyevin administrasiyası hadisə ilə bağlı heç bir şərh verməyib.

49 yaşlı Nizomiddiinov Mirziyoyevlə 2016-cı ildən bəri sıx ittifaqda çalışıb.

Həmin vaxt o prezident administrasiyasının rəhbəri kimi ölkənin ən qüdrətli siyasi fiqurlarından biri hesab olunurdu.

Rəsmilər AzadlıqRadiosuna bildiriblər ki, o, Qaraqalpaqıstanda etirazlara səbəb olmuş Konstitusiya dəyişikliklərinin təşəbbüsçülərindən biri olub.

Bu dəyişikliklərə görə Qaraqalpaqıstan Respublikasının suverenliyi məhdudlaşdırılmalı, onun Özbəkistanın tərkibindən çıxmaq hüququ ləğv edilməliydi.

İndiki Özbəkistan Konstitusiyasında Qaraqalpaqıstanın suveren qurum olduğu və referendum yolu ilə müstəqlik əldə etməsinin mümkünlüyü təsbit edilib.

Əndicanın sədası

Əksərən türkdilli qaraqalpaqların yaşadığı bu respublika hətta sovet dövründə suveren hesab olunurdu.

Özbəkistan Konstitusiyaya dəyişiklik təkliflərini iyunun 27-də elan etdikdən sonra Qaraqalpaqıstanın paytaxtı Nukusda etiraz aksiyalıarı başlanıb.

Bu etirazların gedişində 18 nəfərin həlak olduğu və 243 nəfərin xəsarət aldığı bildirilir.

İnsan haqları müdafiəçiləri və siyasi mühacirət ölüm rəqəminin qat-qat çox olduğunu iddia edirlər.

Mirziyoyev iyulun 2-də Konstitusiyaya dəyişiklik təkliflərinin geri götürüldüyünü bəyan etməyə məcbur olub.

Özbəkistan prezidenti daha sonra Qarqalpaqıstanda baş verən etirazların xaricdən qızışdırıldığını demişdi.

ABŞ və BMT Özbəkistan hakimiyyətini Qaraqalpaqıstan ölümlərinin müstəqil və şəffaf araşdırılmasına çağırmışdı.

Özbəkistanın Əndican vilayətində 2005-ci ildə baş vermiş etirazların gülləbaran edilməsi nəticəsində yüzlərlə insanın həlak olduğu bildirilmişdi.

XS
SM
MD
LG