Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:20

Putin ukraynalıların Rusiya pasportu almasını asanlaşdırır


Bundan əvvəl rusiyayönlü mənbələr xəbər verirdilər ki, Xerson və Zaporojye vilayətlərində Rusiya vətəndaşlığı verən məntəqələr açılıb

Prezident Vladimir Putin iyulun 11-də Ukrayna vəytəndaşlarının Rusiya vətəndaşlığı alması qaydalarını sadələşdirən fərman verib.

Rusiya pasportunun alınması üçün sadələşdirilmiş qaydalar bundan əvvəl yalnız Ukraynanın separatçı Donetsk və Luhansk vilayətinin, qismən də Xerson və Zaporojye vilayətlərinin Rusiya qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin sakinlərinə şamil edilirdi.

Fərmanda deyilir ki, Rusiya tərəfindən tanınmış separatçı respublikalardakı Ukrayna vətəndaşları və ya Ukraynada daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər Rusiya pasportunun sadələşdirilmiş qaydada alınması üçün müraciət edə bilərlər.

Bundan əvvəl rusiyayönlü mənbələr xəbər verirdilər ki, Xerson və Zaporojye vilayətlərində Rusiya vətəndaşlığı verən məntəqələr açılıb.

İndiyədək nə qədər Ukrayna vətəndaşının Rusiya pasportu üçün müraciət etməsi məlum deyil. Lakin Rusiyanın təbliğat kanallarında dərc olunmuş fotolarda belə məntəqələrin qarşısında bir neçə nəfərin dayandığı görünür.

Amma Luhansk və Donetsk vilayətlərində 2019-cu ildən bəri bir neçə üz min sakin Rusiya pasportları alıb.

Putin niyə tələsir?

Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə Rusiyaya tabe administrasiyalar yaradılıb.

Bu administrasiyadakılar iddia edirlər ki, bu ərazilər Rusiyaya birləşdirilməlidir.

Bu da xəbər verilirdi ki, bu ərazilərdə Rusiyaya birləşmə üçün referendumların keçirilməsinə hazırlıq gedir.

İyulun 11-ə olan məlumata görə Rusiya qüvvələri habelə Xarkov və Nikolayev vilayətlərinin bəzi ərazilərini zəbt edib.

Ukrayna prezidenti Volodimir Zelenski bugünlərdə bəyan edib ki, ölkənin cənubundakı Xerson və Zaporojye vilayətləri tezliklər işğalçılardan azad ediləcək.

ABŞ bundan əvvəl Putinin Xersdon və Zaporojye sakinlərinə Rusiya vətəndaşlığı verilməsi cəhdlərini kəskin pisləmişdi.

Dövlət Departamentinin bəyanatında deyilirdi:

"Biz Rusiya qüvvələrinin işğal olunmuş ərazilərdən adamları necə zorla apardığının şahidi olmuşuq. Biz Rusiya qoşunlarının ukraynalıları necə filtrasiya düşərgələrinə sürməsini görmüşük. Biz Rusiya qoşunlarının bu ərazilərdəki Ukrayna xalqını başqa vasitələrlə necə ram etmək istəməsini görmüşük”.

XS
SM
MD
LG