Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:39

Rusiya Qazaxıstanın qabağından geri çəkildi. Sonra nə olacaq?


Kasım-Jomart Tokayev, Vladimir Putin və Marqarita Simonyan Peterburq iqtisadi forumunda
Kasım-Jomart Tokayev, Vladimir Putin və Marqarita Simonyan Peterburq iqtisadi forumunda

Maksim Blant: "Putini yaxşı tanıyan Tokayev onun nə qədər kinli olduğunu və “burnuna vurulan çırtmanın” qisasını nə vaxtsa almaq fikrinə düşəcəyini bilir"

Rusiyada tanınmış politoloq Maksim Blant AzadlıqRadiosunun Rus xidmətinin saytında dərc olunmuş məqaləsində yazır ki, Rusiya və Qazaxıstan arasında münasibətlər sürtətlə pisləşməkdə davam edir.

Cəmi bir həftə ərzində Rusiya ilə “etibarlı müttəfiq”, KTMT (Kollektiv Təkhlükəsizlik Müqaviləsi Təşkilatı), Avrasiya İttifaqı üzrə vahid gömrük ittifaqının üzvü indi Moskvaya qarşı sanksiyalara qoşulmağa hazır olan bir ölkəyə çevrilib.

Maraqlıdır ki, bu münaqişənin səbəbkarı Moskvanın özüdür.

Hər şey iyunun ortalarında Peterburqda keçirilən iqtisadi forumdan başlanıb.

Bu forumda özündə Vladimir Putinlə yanaşı görünmək cəsarəti tapan yeganə ölkə lideri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev idi.

Belə görünürdü ki, elə bu foruma gəlib Putinlə yanaşı durduğuna görə Tokayevə Moskvanın böyük bir təşəkkürü düşür.

Amma nədənsə bu sessiyanın moderatoru təyin edilmiş Marqarita Simonyan nəyə görəsə Tokayevdən qondarma DXR və LXR münasibəti barədə soruşub.

Tokayev isə açıq şəkildə bildirib ki, onun ölkəsi bu cür kvazidövlətləri tanımır və əgər belə dövlətlər tanınsa idi, bugün dünyada 200 yox, 600-700 dövlət olardı.

Üstəlik Qazaxıstan prezidenti bəyan edib ki, onun ölkəsi heç Cənubi Osetiya, Abxaziya və Tayvanı da tanımır.

Rusiya Gürcüstandan qoparılmış Cənubi Osdsetiya və Abxaziyanın müstəqiliyini tanıyan bir-iki ölkədən biridir.

Qazaxıstan: Həftəsonu etirazlarında 100-dən çox vətəndaş saxlanıb
Qazaxıstan: Həftəsonu etirazlarında 100-dən çox vətəndaş saxlanıb

Trans-Xəzər Kəməri

Maksim Blant yazır ki, Rusiya elə həmin gün Qazaxıstan neftinin Trans-Xəzər Kəməri ilə Novorossiyskə nəqlini dayandırıb.

Bu neft kəmərinin əməliyyatçısı olan konsorsiumda pay bölgüsü belədir: Rusiya – 31 faiz, Qazaxıstan 20.75 faiz, Chevron (ABŞ) – 15 faiz, LukOİL (Rusiya) – 12.5 faiz, Exxon (ABŞ) – 7.5 faiz və Rosneft-Shell Caspian Ventures Limited – 7.5 faiz.

Rusiyanın rəsmi versiyasına görə Novorossiyskdə Trans-Xəzər Kəməri Konsorsiumunun obyektlərinin yaxınlığında II Dünya Müharibəsindən qalmış mina və torpedolar aşkar edilib.

Bunun ardınca iyulun 5-də Rusiyanın Primorsk məhkəməsi boru kəmərinin fəaliyyərtinin 30 gün müddətində dayandırılması barədə qərar verib.

Qazaxıstan neftinin 80 faizinin bu kəmərlə ixrac olunduğu nəzərə alınarsa, Tokayevin nə düşündüyünü başa düşmək olardı.

Buna baxmayaraq iyulun 11-də Krasnodar məhkəməsi Primorsk məhkəməsinin qərarını ləğv edən qərar çıxarıb. Konsorsiuma 200 min rubl məbləğində simvolik bir cərimə qoyulub.

Daş qayaya rast gəlib

Blant yazır ki, amma Tokayev kəmərin bağlanmasına görə Moskvaya getməyə və Putini yola gətirməyə tələsməyib.

Bunun əvəzində o öz ölkəsinin dövlət neft şirkəti Kazmunayqaza ölkənin enerji daşıyıcılarının Rusiyadan yan keçərək dünya bazarına çıxarılması üçün yeni marşrutların müəyyən edilməsini tapşırıb.

Prezident bildirib ki, Qazaxıstan neftinin alternativ marşrutlarla ixracı üçün dəmir yollarının və dəniz limanlarının infrastrukturu yaxşılaşdırılmalıdır.

Blant yazır ki, Tokayev bununla da kifayətlənməyib. Qazaxısatnın Maliyyə Nazirliyi Rusiya və Belarusa sanksiyalı malların daşınmasına dair əmrin layihəsini ictimai müzakirəyə çıxarıb.

Əslində əgər bu əmr gerçəkləşərsə, Rusiyaya və Belarusa Qərb sanksiyalarına düşən malların daşınması üçün “paralel idxal” dayandırıla bilər.

Tokayev heç bununla da qane olmayıb. O iyulun 8-də ölkəsinin MDB dövlətlərarası valyuta komitəsindən çıxdığını elan edib.

Blant yazır ki, MDB-nin bir çox strukturları yalnız kağız üzərində olsa da, Tokayevin bu addımı Moskvanın qarşısında aşkar demarş olub.

Müəllifin sözlərinə bu razılaşmadan çıxmaqla Tokayev işarə edirdi ki, bundan sonra maliyyə məsələsini Rusiya ilə müzakirə etmək niyyətində deyil.

Avropanın neft alternativləri nədir?
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Putinin “burnuna vurulan çırtma”

Məqalədə deyilir ki, Moskva bu ilin yanvarında Qazaxıstana KTMT qüvvələrini yeritməklə Tokayevi keçmiş elbası – Nursultan Nazarbayevin təsirindən tamamilə xilas edib.

Bir çoxları gözləyirdilər ki, Qazaxıstan bundan sonra Belarus kimi Rusiyanın müti satellitinə çevriləcək.

Amma belə olmadı və Kasım-Jomart Tokayev ilk gündən bildirdi ki, Rusiyaya görə Qərblə münasibətləri korlamaq niyyətində deyil və strateji partnyorluğa qalanda Qazaxıstan Çinə daha çox güvənir.

Blant yazır ki, beləliklə də Moskvanın növbəti hegemonluq oyunu iflasa uğradı və bu, Rusiya iqtisadiyyatına baha başa gələ bilər.

Müəllif qeyd edir ki, Rusiya məmurları və biznesmenləri Qərb sanksiyalarından yan keçmək üçün Qazaxıstandan fəal istifadə edirlər.

Blant yazır ki, mart ayının dramatik həftələri ərzində Rusiyadan Qazaxıstana nağd valyuta gətirilirdi. Rusiyanın bir çox istehsalçıları isə qərargahlarını Qazaxıstana köçürmüşdülər.

Rusiya vətəndaşları və biznesmenləri Qazaxıstan banklarında hesablar açırdılar. Nəhayət Qazaxıstan Rusiyaya “paralel idxalın” əsl qovşağına çevrilmişdi.

Əslində Rusiyanın öz payı da olan Trans-Xəzər Kəmərini dayandırması elə Moskvanın da zərərinə işləyirdi.

Blantın fikrincə məhz buna görə də Moskva indiki vəziyyətdə “tormoza basmaq” qərarına gəlib.

Amma Putini yaxşı tanıyan Tokayev onun nə qədər kinli olduğunu və “burnuna vurulan çırtmanın” qisasını nə vaxtsa almaq fikrinə düşəcəyini bilir.

XS
SM
MD
LG