Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:59

Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb


Karen Donfrid
Karen Donfrid

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın öhdəliklərinə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmadığı vurğulanıb

Avqustun 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, tərəflər Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Onlar habelə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki ölkənin liderləri arasında ikitərəfli görüşlər nəticəsində yayılan bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıblar.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın öhdəliklərinə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrin Azərbaycan ərazilərindən tam çıxarılmadığı vurğulanıb.

Tərəflər Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımları, regional məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları da müzakirə ediblər.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu yaxınlarda “Armenpress” informasiya agentliyinə müsahibəsində deyirdi ki, Qarabağda Ermənistandan çağırışçılar olmayacaq, ancaq Dağlıq Qarabağdakı çağırışçılar əvvəlki kimi “müdafiə ordusu”na cəlb olunacaqlar.

Şarl Mişelin vasitəçiliyi

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin 3 görüşü keçirilib.

Sonuncu görüş mayın 22-də olub. Görüşdə iki ölkə arsında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdi.

Ardınca mayın 23-də hər iki ölkədə liderlər dövlət sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda əsasən Rusiya, ikinci Qarbağ müharibəsindən öncə isə ATƏT-in Minsk Qrupu (ABŞ,Rusiya və Farnsa qurumda həmsədrlərdir) vasitəçilik edib.

Qarabağda nə baş verir: Bakı və Yerevandan ziddiyyətli xəbərlər gəlir
Gözlə

No media source currently available

0:00 0:13:59 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, qısa savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr (9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Ötən il də tərəflər nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı daha iki bəyanat imzalayiblar

XS
SM
MD
LG