Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:26

Krımda Rusiya hərbi bazasında partlayışların baş verdiyi deyilir (Video)


Saki hərbi aerodromunun peyk şəkli
Saki hərbi aerodromunun peyk şəkli

Saki aerodromu Ukrayna silahlı qüvvələrinin Xerson vilayətindəki ən yaxın mövqelərindən 200 kilometr aralıdadır

Şahidlər Ukraynadan ilhaq edilmiş Krım yarımadasında Rusiyanın Saki hərbi aerodromu yaxınlığında bir neçə partlayışın baş verdiini bildirirlər.

Aerodrom yarımadanın qərbindəki Novofyodorvka qəsəbəsinin yaxınlığında yerləşir.

AzadlıqRadiosunun Krım.Realii saytı yazır ki, burada ehtimalən silah anbarlarının yandığı düşünülür.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, partlayışlara səbəb aerodromun ərazisindəki bir neçə aviasiya sursatının detonasiyası olub.

Novofyodorvkanın hakimiyyət orqanları onadək partlayışın baş verdiyini deyib.

Bu da qeyd olunur ki, Saki aerodromu Ukrayna silahlı qüvvələrinin Xerson vilayətindəki ən yaxın mövqelərindən 200 kilometr aralıdadır.

Rusiya turisizm operatorları assosiasiyasının məlumatına görə turistlər arasında xəsarət alan yoxdur.

Partlayış yerinə təcili yardım briqadası və sanitar aviasiya göndərilib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, partlayış nəticəsində yaranmış yanğının söndürülməsi davam edir. Buradan verilən məlumata görə sursat saxlanılan meydançaya atəş zərbəsi olmayıb.

Ərazidən 30 nəfərin evakusiya edildiyi xıəbər verilir. İlhaq olunmuş Krımın Rusiya tərəfindən təyin edilmiş başçısı Sergey Aksyonov deyib ki, yerli sakinlərin təhlükəsizliyinin qorunması üçün aerodromun ətrafında 5 kilometrlik qadağan zolağı yaradılıb.

Sözü gedən aerodromda Rusiyanın 3-cü qırıcı aviasiya alayı yerləşir. Bu alaya əsasən Su-30CM, Su-33 qırıcıları və Su-24M bombardmançıları daxildir.

Bu da xəbər verilir ki, alay Ukrayna müharibəsində fəal iştirak edir və Ukrayna şəhərlərinə hava zərbələri endirir.

AzadlıqRadiosunun Rus xidməti xatırladır ki, 1945-ci ildə Yalta konfransına gələn ABŞ prezidenti Franklin Ruzveltin və Britaniyanın baş naziri Uinston Çörçilin təyyarələri məhz bu aerodroma enib.

Xəbər verilir ki, iyulun 31-də ilhaq olunmuş Sevastopolda Rusiyanın Qara dəniz donanmasının qərargahına zərbə endirilib.

Zərbənin Ukrayna dronu tərəfindən endirildiyi güman olunur.

XS
SM
MD
LG