Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:38

Putinlə Paşinyan danışıb


Vladimir Putin (sağda) və Nikol Paşinyan
Vladimir Putin (sağda) və Nikol Paşinyan

Kremlin yaydığı məlumatda telefon söhbətinin Ermənistanın təşəbbüsüylə baş tutduğu deyilir

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Ermənistan Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Azərbaycanın Qarabağ regionundakı vəziyyəti müzakirə ediblər. 2020-ci ilin 9 noyabr üçtərəfli atəşkəs bəyanatının, 2021-ci il 11 yanvar və 26 noyabr razılaşmalarının icrasının vacibliyi vurğulanıb. “Regionda sabitliyin təmin olunmasında Rusiya sülhməramlı kontingentinin rolu qeyd edilib”, – məlumatda deyilir.

Ermənistanla Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişafıyla bağlı məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Kremlin yaydığı məlumatda telefon söhbətinin Ermənistanın təşəbbüsüylə baş tutduğu deyilir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 9 noyabr atəşkəs bəyanatına uyğun olaraq regiona Rusiya hərbi kontingenti yerləşdirilib.

Tərəflərin daha sonra əldə etdiyi razılaşmalar regionda kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutur.

Son iki ildə Qarabağda atəşkəs dəfələrlə pozulub, hər iki tərəf itki verib. Azərbaycan və Ermənistan atəşkəsin pozulmasına görə bir-birini ittiham edib.

XS
SM
MD
LG