Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:59

Şimal Axını kəmərlərini partlayışlar zədələyib?


Şimal Axını 1 kəmərinin Almaniyadakı kompressor stansiyası
Şimal Axını 1 kəmərinin Almaniyadakı kompressor stansiyası

İsveç və Danimarkada seysmoloqlar sentyabrın 26-da Baltik dənizində azı iki zəlzələ qeydə alıblar.

Elə həmin gün Rusiyanın Baltik dənizinin dibi ilə gedən Şimal Axını 1 və Şimal Axını 2 qaz kəmərlərində böyük zədələnmələrin baş verdiyi bildirilib.

Reuters Almaniyanın GFZ seysmoloji mərkəzinə istinadən biririr ki, Bornholm adası yaxınlığında birinci silkələnmə sentyabrın 26-da, ikinci silkələnmə isə elə həmin gün axşamtərəfi baş verib.

Bu yerlərdə seysmoloji aktivlik çox aşağıdır və adətən zəlzələlər qeydə alınmır.

Məhz bu səbəbdən də seysmoloqlar silkələnmə səbəbinin partlayış ola biləcəyini bildirirlər.

'Şimal Axını' qaz kəmərlərinin bir neçə yerində sızmalar baş verir

Rusiya qazını dənizin dibi ilə Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəmərinin operatoru borunun üç şaxəsinin eyni vaxtda dağıldığılnı təsdiqləyib.

Operatorun sözlərinə görə bu, “misli görünməmiş” hadisədir:

"Şimal Axını qaz kəməri sistemində eyni gündə üç şaxədə dağınttı misli görünməmiş hadisədir”.

Şirkət bildirib ki, boru kəmərinin işinin bərpa edilməsi üçün lazım gələcək vaxtı indidən demək qeyri-mümkündür.

Sentyabrın 26-da Şimal Axını kəmərlərinin operatoru Şimal Axını 2 kəmərinin Niderlandın Bornholm adasının yerləşdiyi ərazidəki iki qolunda təzyiqin aşağı düşdüyünü bildirmişdi.

İnsidentin səbəbləri açıqlanmır, amma ekspertlər kəmərə bilərəkdən zədə vurulması versiyasını istisna etmirlər.

Elə həmin gün Niderlandın hakimiyyət orqanları dənizdə qaz sızması ilə bağlı gəmilərin bu ərazidəki 9 kilometrlik radiusda hərəkətini qadağan etmişdi.

İki versiya

Nord Stream şirkətinin mətbuat katibi Ulrix Lissek Deutsche Welle radiosuna müsahibəsində deyib ki, qaz sızmalarının baş verdiyi sahədə “köpüklənən böyük göl” müşahidə olunur.

Bundan sonra yerli medialar bildirmişdilər ki, gəmilər habelə Şimal Axını 1 kəmərinin də iki yerdən sızmasını müşahidə ediblər.

Almaniyanın Tagesspiegel qəzeti Almaniya hökumətindəki mənbəyə istinadla iddia edib ki, Şimal Axını və Şimal Axını 2 kəmərlərində təzyiqin düşməsinin səbəbi borulara bilərkdən zədə vurulması ola bilərdi.

Tagesspiegel yazır ki, hazırda qaz sızmalarına səbəb olan iki versiya nəzərdən keçirilir.

Birinci versiyaya görə kəmərlərə Ukrayna və ya onunla bağlı qüvvələr zədə yetirib. Beləki Kiyev Avropaya Rusiya qazının yalnız onun ərazisi və Polşaya gedən Yamal kəməri ilə nəql olunmasında maraqlıdır.

İkinci versiyaya görə isə diversiyanı Ukraynanı ittiham etmək üçün Rusiyanın özü törədə bilərdi.

Sentyabrın 27-də Putinin sözçüsü Dmitri Peskov deyib ki, o qaz sızmalarına səbəbin sabotaj olmasını istisna etmir.

LXR və DXR-i tanımağın bədəli

Şimal Axını kəmərinin illik gücü 55 milyard kubmetrdir. Onun operatoru Nord Stream AG şirkətidir.

Kəmərin Şimal Axını 1 qolu 2012-ci ildə istismara verilib. Amma Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumuna cavab olaraq Şimal Axını 2 kəməri istismara verilməyib.

Ukraynada müharibədən iki gün əvvəl Almaniya Şimal Axını 2 kəmərinin sertifikasiya prosesini qeyri-müəyyən vaxtadək dayandırıb.

Almaniya kansleri Olaf Şolts bildirib ki, belə bir qərar Rusiyanın qondarma LXR və DXR respublikaslarını tanımaq qərarının fonunda verilib.

Şimal Axını 2 kəmərinin istismara verilməsi prosesi dayandırılandan sonra Kreml kəmərdən Avropa İttifaqına qaz şantajı üçün istifadə edib.

Avropaya Norveç qazı gəlir

İyun ayında Rusiyanın Gazprom şirkəti Şimal Axını 1 kəməri ilə qazın Avropaya nəql həcmlərini kəskin azaldıb.

Moskva bunu onun üzərinə qoyulmuş sanksiyaların yaratdığı texniki çətinliklərlə izah edirdi.

Putin dəfələrlə bəyan etmişdi ki, Avropa İttifaqı Rusiya qazının təchizat həcmlərinin artırılmasını istəyirsə, Şimal Axını 2 kəməri üzərindən sanksiyaları qaldırmalıdır.

Amma Avropa ölkələri bu şantaja cavab olaraq dünyanın başqa yerlərindən maye qaz idxal etməyə başlayıb.

Üstəlik Avropa Komissiyası üzv ölkələri qaz istehlakında könüllü qaydada 15 faiz qənaət etməyə çağırıb.

Norveç qazını dənizin dibi ilə Polşaya çatdıracaq Baltik Kəməri sentyabrın 27-də istifadəyə verilməli idi.

Bu kəmərin illik nəql gücü 10 milyard kubmetrdir.

XS
SM
MD
LG