Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:57

Kalmıkiyanın baş ruhanisi müharibəyə qarşı çıxıb


Kalmıkiyanın baş laması Telo Tulku Rinpoçe
Kalmıkiyanın baş laması Telo Tulku Rinpoçe

Kalmıkiyanın baş laması Telo Tulku Rinpoçe Ukraynadakı müharibəni pisləyib və deyib ki, bu müharibədə haqlı tərəf Ukraynadır

Kalmıkiyanın baş laması Telo Tulku Rinpoçe Ukraynadakı müharibəni pisləyib və deyib ki, bu müharibədə haqlı tərəf Ukraynadır.

Lama müharibəni “böyük iztirab” adlandırıb və bəyan edib ki, bu qarşıdurma heç kimə lazım deyil:

"Ukrayna tərəfi əlbəttə, haqlıdır. O öz ölkəsini, öz torpağını, öz həqiqətini, öz Konstitusiyasını, öz xalqını müdafiə edir. Rusiyanın haqlı olmasını iddia etmək və qəbul etmək çox çətindir. Bunu demək çox ağırdır və mən bunu deyə bilmərəm”.

Telo Tulku Rinpoçe deyib ki, əvvəllər Ukraynada gedən müharibə haqqında fikir söyləməyib, çünki “hakimiyyətlə buddistlər arasında münasibətləri korlamaq istəməyib”.

Lama ABŞ vətəndaşıdır

O hələ iyunun ortalarında antimüharibə bəyanatı versə də, bunu konkret olaraq Ukrayna ilə bağlamamışdı.

Hazırda Lama Monqolustandadır. O bu ölkəyə ABŞ basketbolçusu Britni Qraynerin həbsindən sonra gedib. Kalmıkiya laması da ABŞ vətəndaşıdır.

1992-ci ildən Kalmıkiyanın baş laması olan Rinpoçe 2022-ci ildə Rusiya vətəndaşlığı almaq istəmişdi.

2022-ci ilin mayında Rusiyanın bir sıra din və təriqətlərinin davamçıları – pravoslavlar, müsəlmanlar, buddistlər və iudaistlər Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləmişdilər.

Onlar “nasistlərə, neonasistlərə, terrorçu və ekstremist qüvvələrə qarşı döyüşənlər üçün dualar etməyə” çağırmışdılar.

XS
SM
MD
LG