Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:59

Türkiyə Rusiya təyyarələrinin onun hava məkanında uçuşunu qadağan edib


Türkiyə hökuməti noyabrın 1-dən öz hava məkanında iki yurisdiksiyada qeydiyyatdan keçimiş təyyarələrin uçuşlarını qadağan edib

Türkiyə hökuməti noyabrın 1-dən öz hava məkanında iki yurisdiksiyada qeydiyyatdan keçimiş təyyarələrin uçuşlarını qadağan edib.

Bu barədə məlumatı Rusiyanın RBK agentliyinə Pegas Touristik turist operatorunun baş direktoru, Nordwind aviasiya şirkətinin direktorlar şurasının üzvü Anna Podqornaya verib.

Podqornayanın sözlərinə görə Türkiyənin bu qadağanı ilə bağlı, məsələn Misirə uçuşların müddəti 20-30 dəqiqə uzanıb. Lakin o əlavə edib ki, bu, turist paketlərinin qiymətlərini təsirləndirməyib.

Sözü gedən istiqamətdə Aeroflot, Rossiya, Pegas Fly, Red Wings и iFly aviaşirkətlərinin reysləri var və ya planlaşdırılır.

RBK bu şirkətlərə sorğular göndərib.

Rusiya Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirib ki, qurum bu barədə Türkiyə ilə ən yaxın günlərdə danışıqlara başlamaq istəyir.

Nümayəndə ikili qeydiyyata görə ittihamı “diskriminasiya” adlandırıb.

Şuşaya qayıtmaq istəyənlər: 'Azı 800-1000 manatlıq iş olmalıdır'
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

Rusiya “konvensiyaya ziddir” deyir

Nazirlik rəsmisinin sözlərinə görə ikili qeydiyyata görə aviaşirkətlərə məhdudiyyətlər qoyulması Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Çikaqo Konvensiyasının 44-cü maddəsinin müddəalarına ziddir.

Rusiya Nəqliyyat Nazirliyi baş verənlərdə habelə Bermud adalarını günahlandırır. Bu ölkə Rusiyada qeydiyyatdan keçmiş təyyarələrdən öz qeydiyyatını qaldırmaq istəmir.

Nazirlik bildirir ki, Bermudun bu hərəkəti də Çikaqo Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Burası da var ki, təyyarələrin keçmiş yurisdiksiyadan çıxarılmasına yalnız lizinq şirkətləri icazə verə bilər.

Ötən may ayında Rusiya aviaşirkətlərinin ikili qeydiyyatı olan Boeing və Airbus təyyarələri ilə bağlı analoji qərarı Çin də qəbul etmişdi.

ICAO Moskvadan fərqli düşünür

Rusiya aviasiya şirkətlərinin əksər təyyarələri Bermud adalarında qeydiyyatdan keçib.

Mart ayında Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsinin ardınca Bermud adalarının hökuməti bu təyyarələrin uçuşa yararlılıq sertifikatlarının etibarlığını dayandırıb.

Rusiya özünün aviasiya parkını hərəkətdə saxlamaq üçün 500-dək təyyarəni öz yurisdiksiyasında qeydiyyatdan keçirib.

Sentyabr ayına olan məlumata görə Rusiyanın 560 təyyarəsi həm Bermud, həm də Rusiyada qeydiyyatdadır.

ICAO keçirdiyi auditin nəticəsi olaraq Rusiyanı uçuşların təhlükəsizliyi ilə bağlı ciddi problemləri olan ölkələr kateqoriyasına salıb.

O vaxt bildirilirdi ki, buna səbəb təyyarələrin ikili qeydiyyatının olmasıdır.

ICAO-nun gəldiyi nəticəyə görə başqa ölkələr Rusiya aviasiya şirkətlərinin onların hava məkanından istifadəsini dayandıra bilər.

XS
SM
MD
LG