Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:29

KTMT ortaq mövqeyə gələ bilmədiyini etiraf edib


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas deyib ki, Qafqaz regionunda hazırda formalaşan meyllər “ehtiyatlı nikbinliyə” əsas verir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas deyib ki, Qafqaz regionunda hazırda formalaşan meyllər “ehtiyatlı nikbinliyə” əsas verir.

“Yerevanda keçirilən sammitdə həm qlobal ölçüdə, həm KTMT-nin məsuliyyəti zonasında yaranmaqda olan vəziyyətə xüsusi diqqət yetirilib. Əgər ümumilikdə Qafqaz regionundakı situasiyanı qiymətləndirsək, ehtiyatlı nikbinliyə əsas görərik. Bütün iştirakçıların regionda sülhün bərqərar edilməsinə can atdığı görünür. Bunlar sülh müqaviləsinin imzalanması, mövcud sərhədlərin hüquqi əsaslandırılması, nəqliyyat kommunikasiyalarının açılmasıdır. Region ölkələri bu istiqamətdə gedirlər və bu, çox yaxşıdır”.

Lakin KTMT baş katibi bildirib ki, digər tərəfdən vəziyyyət heç də sadə deyil:

“Söhbət ilk növbədə Ermənistanla Azərbayacn sərhədindən gedir. Burda demək olar hər gün atışmalar baş verir”.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə Zas KTMT-nin Ermənistana tədbirlər təklif etdiyini bildirib:

“Ümumilkidə bunlar Ermənistana KTMT tərəfindən təklif olunan tədbirlər kompleksidir. Burdakı tədbirlər müxtəlifdir. Söhbət siyasi-diplomatik, hərbi tədbirlər, o cümlədən sərhəddə vəziyyəti real şəkildə qiymətləndirəcək missiyanın göndərilməsindən gedir. Belə bir mövqeyi bütün üzv ölkələr dəstəkləyirlər. Əldə oluna bilməyən yeganə məsələ bütün üzv ölkələrin orada yaranmış vəziyyəti həmrəy şəkildə qiyməytləndirə bilməməsidir”.

Uşaq futbolunun qarşısında ən böyük maneə...
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib.

Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG