Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:55

Lukoil Bakı-Ceyhan kəməri ilə neftin nəqlini dayandırır


Rusiya neftini BTC vasitəsilə nəql etmək üçün alan SOCAR və konsorsiuma başçılıq edən BP şirkəti xəbərə şərh verməkdən boyun qaçırıblar

Rusiyanın Lukoil şirkəti dekabr ayından Xəzər dənizindən hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəqlini dayandıracaq.

Reuters agentlliyi məsələ ilə tanış dörd mənbəyə istinadla bildirir ki, Lukoil Qərb sanksiyalarına görə nefti Xəzər Kəməri Konsorsiumu (XKK) sistemi vasitəsilə nəql edəcək.

Avropa İttifaqının dekabrın 5-dən qüvvəyə minən embarqosu Avropa alıcılarına Rusiyadan neftin idxalı və nəqlini qadağan edir.

Qazaxıstan neftini nəql edən XKK kəmərinə bu qadağandan istisna verilib.

İranda etirazçılar millinin məğlubiyyətini bayram kimi qarşıladı
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

"BTC Rusiya neftini nəql etmək istəmir"

Mənbələrdən biri Reuters agentliyinə deyib:

"Rusiya nefti BTC-ni tərk edir və səbəb sanksiyalardır. BTC Rusiya neftini nəql etmək istəmir”.

Lukoil BTC kəməri ilə Xəzər dənizindəki Yuri Korçagin və Filanovski mədənlərindən hasil olunan nefti nəql edirdi.

Bu da xəbər verilir ki, Lukoil şirkətinin XKK ilə ixracı dekabr ayında günə 660 min tona çatmalıdır. Bu rəqəm noyabr ayı üçün günə 364 min tondur.

Lukoil, SOCAR və BP şərh etmirlər

Reuters bildirir ki, Lukoil və XKK bu xəbəri şərh etməkdən imtina ediblər.

Rusiya neftini BTC vasitəsilə nəql etmək üçün alan SOCAR və konsorsiuma başçılıq edən BP şirkəti də şərh verməkdən boyun qaçırıblar.

XKK Qazaxıstan neftinin əsas ixracat kəməridir və onun tutumunun 80 faizi Qazaxıstan neftindən ibarətdir.

Bu kəmərin tutumunun 10 faizi Rusiya neftinin payına düşür.

Reuters yazır ki, XKK nefti hazırda BTC ilə nəql olunan Azərbaycan neftindən xeyli ucuzdur.

BTC-nin tam tutum həcmi günə 1 milyon barreldir, lakin hazırda kəmərin tam tutumundan istifadə olunmur.

Hazırda BTC kəməri ilə Azərbaycan neftinin əsas ixracatçıları SOCAR, BP, Macarıstanın MOL, Exxon və Türkiyənin TPAO şirkətləridir.

XS
SM
MD
LG