Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:54

Ukrayna səfirliklərinə ‘qanlı zərflər’ gəlir


Ukraynanın Madriddəki səfirliyinin yaxınlığında
Ukraynanın Madriddəki səfirliyinin yaxınlığında

Bağlamalar Ukraynanın Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliyadakı səfirliklərinə, Neapoldakı və Krakovdakı baş konsulluqlarına, habelə Brnodakı konsulluğuna gəlib

Son günlərdə Ukraynanın xaricdəki diplomatik nümayəndəliklərinə qana bulaşdırılmış zərflər daxil olur. Bu zərflərin içərisinə habelə öldürülmüş heyvanların gözlərini qoyurlar.

Xəbər verilir ki, zərflərə müəyyən rəngli və müəyyən qoxulu maddələr hopdurulub.

Bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko dekabrın 2-də verib.

Onun sözlərinə görə bağlamalar Ukraynanın Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliyadakı səfirliklərinə, Neapoldakı və Krakovdakı baş konsulluqlarına, habelə Brnodakı (Çexiya) konsulluğuna gəlib.

Ukraynanın ABŞ-dakı səfirliyinə Ukrayna barədə tənqidi məqalənin surəti göndərilib.

Ukrayna diplomatı bunu da qeyd edib ki, Brno konsulluğuna göndərilən zərf Madrid səfirliyində partlamış zərflə oxşar əlamətlər və qoxuya malik olub.

Madriddə bu hadisə ilə bağlı mümkün təhlükəyə görə yaxınlıqdakı uşaq bağçası evakuasiya edilmişdi.

Həmin zərfdə heyvan mənşəli parçanın tapıldığı xəbər verilmidşi.

Ukraynanın xaricdəki diplomatik nümayəndələrinə zərflərin kütləvi göndərilməsinə Madriddəki səfirliyə göndərilmiş bağlama partladıqdan sonra başlanıb.

Bu partlayış nəticəsində bir nəfər xəsarət almışdı.

Kim göndərir?

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib ki, baş verənlər Ukraynanın səfirlik və konsulluqlarının qorxudulması məqsədilə yaxşı planlaşdırılmış kampaniyadır.

Kuleba bildirib ki, hazırda müxtəlif ölkələrdə bağlama və zərfləri göndərənin kimliyinin aşkar edilməsi üçün təhqiqat işləri aparılır.

İspaniyada son iki sutkada 6 bağlamanın göndərildiyi qeydə alınıb.

Madrid səfirliyində partalayan zərfdən başqa, hərbi texnika istehsal edən müəssisəyə, İspaniyanın müdafiə nazirinə, baş nazirinə və Torrehon-de-Ardesdəki hərbi hava bazasına bağlamalar göndərilib.

Saatlının 21-ci əsri...
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00

Bu bağlamaların hamısında kiçik gücə malik əldəqayırma partladılcılar yerləşdirilmişdi.

El Pais qəzeti yazır ki, bu zərf və bağlamaların heç birində hədələyici mətn və ya məktublar olmayıb.

İspaniya polisi hazırda bu bağlamalrın göndərilməsi ilə kimin məşğul olduğunu araşdırır.

Polisin ilkin hesabatlarında bağlamaların, Rusiya xüsusi xidmətləri də daxil kimin göndərdiyinə dair heç bir versiya yoxdur.

XS
SM
MD
LG