Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:24

Müharibə başlayandan zəngin rusiyalılar 93 milyard dollar itiriblər


Viktor Vekselberq
Viktor Vekselberq

Ukraynaya hərbi müdaxilə başlayandan zəngin rusiyalılar azı 93 milyard dollar itiriblər. Bu haqda “Bloomberg” məlumat yayıb.

Agentliyin hesablamasına görə, fevralın 24-də – müharibə başlanan gün Rusiyanın ən zənginləri 46.6 milyard dollardan məhrum olublar. Sonrakı aylar Qərbin ağır sanksiyaları isə onların daha 47 milyard dollar itirməsinə səbəb olub.

Hərəyə 8 milyard dollar

Noyabrın əvvəlində zəngin rusiyalıların itkiləri 83 milyard dollar olub. Bu məlumatlar “Bloomberg Billionaires Index”ində, dünyanın 500 zənginin aktivlərinin dəyərləndirməsində yer alıb. Həmin indeksə 25 rusiyalı daxildir.

Ən böyük itkini “Novatek”in sahibləri, Prezident Vladimir Putinə yaxın sahibkarlar Gennadi Timçenko Leonid Mixelson verib – hər biri 8 milyard dollardan artıq vəsait itirib.

Sərvəti 60% azalan milyarder

Faiz göstəricisilə itkilər üzrə lider “Renova” şirkət qrupunun direktorlar şurasının sədri Viktor Vekselberqdir. Onun varidatı 60%-dən çox azalaraq 11.2 milyard dollara düşüb. Roman Abrampoviç də sərvətinin demək olar yarısını itirib: 18 milyarddan 9.7 milyarda düşüb.

Ukraynanın ən zəngin biznesmenlərinin cəmi varidatı isə fevraldan bəri 20 milyard dollardan çox azalıb – 40 milyarddan 22.5 milyard dollara düşüb. Bunu Ukraynanın “Forbes” jurnalı hesablayıb.

“Bloomberg” qeyd edir ki. milyarderlərin aktivlərinin azalması ümumi tendensiyadır. Buna inflyasiyanın artımı, mərkəzi bankların siyasətlərini sərtləşdirməsi, Rusiyanın Ukraynaya qarşı müharibəsi və sanksiyalar səbəb olur. Bir il ərzində dünyanın ən zənginlərinin siyahısından ilk 500 biznesmen təxminən bir trilyon 400 milyard dollar itirib.

XS
SM
MD
LG