Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:00

Facebook-a ‘Xameneyiyə ölüm!’ şüarına icazə vermək tövsiyə olundu


İranda divara yazılmış “Mərg bar Xameneyi” (“Xameneyiyə ölüm!”) şüarı
İranda divara yazılmış “Mərg bar Xameneyi” (“Xameneyiyə ölüm!”) şüarı

Facebook platformasının da daxil olduğu Meta şirkətinə Nəzarət Şurası dekabrın 9-da Facebook-dan “Xameneyiyə ölüm!” şüarı olan postun silinməsinə dair qərarını ləğv edib.

Şirkət bildirib ki, İranın ali liderinin tənqidi üçün işlədilən bu şüar Metanın zorakılıq hədələrinin önlənməsinə dair qaydalarını pozmur.

Meta tərəfindən maliyyələşdirilsə də, müstəqil olan şura bildirib ki, belə postlarda “Xameneyiyə ölüm!” – “Rədd olsun Xameneyi!” kimi başa düşülməlidir.

Reuters agentliyinin xəbərinə görə, şura habelə Meta şirkətini siyasi kontent siyasətinə bir də baxılmasına və bu siyasətə dövlət başçılarına qarşı ritorik hədələrə icazə verilməsini əsaslandırmağa çağırıb.

Ciddi və ritorik çağırış

Şura bildirib ki, İrandakı hazırkı sosial, siyasi və linqvistik vəziyyətdə “mərg bar Xameneyi” (“Xameneyiyə ölüm!”-red) şüarı “rədd olsun Xameneyi” kimi başa düşülməlidir, bu realist hədə yox, ritorik, siyasi şüardır.

İranda ötən ilin sentyabrında gənc qadın Məhsa Əmininin ölümü ilə başlanmış etiraz aksiyalarında həqiqətən də mövcud rejimin devrilməsinə çağırışlar edilir.

Reuters yazır ki, İrandakı mürəkkəb siyasi vəziyyət Meta şirkətinin Facebook platformasının idarə olunmasında da çətinliklər yaradıb.

Şirkət “ciddi zorakılığa” çağırışları önləməyə çalışsa da, eyni zamanda ifadə azadlığını da məhdudlaşdırmaq istəmir.

Konqres ayrı, Xameneyi ayrı

Məsələn Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan sonra Meta Rusiya prezidenti Vladimir Putinə ölüm arzulayan postlara müvəqqəti icazə verilməsinə dair qərar qəbul etmişdi.

Lakin bir neçə gündən sonra Reuters agentliyi belə bir icazənin mövcudluğu barədə xəbər verəndən sonra istisna barədə qərar dəyişdirilmişdi.

Meta şirkəti habelə ABŞ Konqresinə 6 yanvar basqınına hazırlıqda Facebook platformasının oynadığı rola görə tənqidlərlə üzləşmişdi.

Bu hücumdan əvvəl Facebook-da “hamısını qırın” kimi minlərlə çağırışlar yayılmşdı.

Lakin Nəzarət Şurası bildirib ki, Konqresə 6 yanvar hücumu zamanı səsləndirilən hədələr ABŞ kontekstində siyasətçilərə qarşı konkret hədə kimi qəbul olunmalıydı, lakin “Xameneyiyə ölüm” şüarı ingilicə konkret çağırış kimi yox, ritorik bəyanat kimi səslənir.

XS
SM
MD
LG