Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:33

Tehran inqilab keşikçilərinə görə Avropa İttifaqını hədələyir


İranın xarici işlər naziri  Hüseyn Əmir Abdullahian
İranın xarici işlər naziri  Hüseyn Əmir Abdullahian

İran Avropa İttifaqına xəbərdarlıq edərək bildirib ki, Avropa İslam İnqilab Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilatlar siyahısına salarsa, bunun ziyanını özü çəkəcək.

Bundan bir gün əvvəl, yanvarın 18-də Avropa Parlamenti Aİ və ona üzv ölkələri İİKK-nin terrorçu təşkilat elan edilməsinə çağırmışdı.

Reuters agentliyinin məlumatına görə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon söhbəti zamanı Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrelə deyib:

"Biz dəfələrlə bəyan etmişik ki, İnqilab Keşikçiləri İranın təhlükəsizliyinin təminatında əsas rolu oynayan rəsmi və müstəqil təşkilatdır. Avropa Parlamenti bu təşkilatın terrorçu siyahısına salınması istiqamətində adamlar atmaqla, bir növ, öz ayağına güllə atıb”.

Avropa Parlamenti yanvarın 18-də qəbul etdiyi qətnamə ilə Avropa İttifaqını İİKK-nin terrorçu təşkilatlar siyahısına salınmasına çağırmışdı.

Avropa Parlamenti İİKK-ni İran etirazçılarına divan tutulmasında, habelə Ukraynaya qarşı əsassız müharibə aparan Rusiyanın dronlarla təchizatında ittiham edir.

Tehranın təhdidləri

İran nizami ordusu ilə İİKK arasında koordinator rolunu oynayan İran Silahlı Qüvvələri Baş Qərargahı da Avropa İttifaqına xəbərdarlıq edib:

"Avropa Parlamentinin bu addımı beynəlxalq qayda və qanunlarda indiyədək görünməmiş hadisə olmaqla yanaşı, qlobal, habelə regional təhlükəsizlik və sülh üçün təsirsiz ötüşməyəcəkdir”.

Bu bəyanat habelə Qərb ölkələrini İrandakı etirazların arxasında durmaqda ittiham edir.

İranda gənc qadın Məhsa Əmininin ötən sentyabrda polis məntəqəsində ölümündən dərhal sonra alovlanmış etirazlar səngimək bilmir.

Avropa Parlamentinin qətnaməsində İİKK də daxil İran təhlükəsizlik qüvvələrinin etirazçılara “qəddar” divan tutması pislənir.

Əmir Abdillahian daha sonra deyib:

"Hədə dilində danışmaqdan və düşmən hərəkətlərə yol verməkdənsə, beynəlxalq diplomatiyada qarşılqılı təhlükəsizlik və etimadın artırılmasına səylər göstərmək zəruridir”.

İran xarici işlər naziri bildirib ki, Tehran İİKK-nin terrorçu təşkilatlar siyahısına salınmasına adekvat cavab verəcəkdir.

XS
SM
MD
LG