Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:51

Qərb tankları Ukraynada cəbhəni necə dəyişə bilər


Leopard tankları
Leopard tankları

NATO müttəfiqləri və Kiyevin həftələrlə çəkən təzyiqindən sonra Almaniya nəhayət ki Ukraynaya Leopard 2 müasir döyüş tankları verməyə razılaşdı. Bu, Ukraynanın Rusiya işğalına qarşı yaz əkshücumuna hazırlaşdığı bir vaxtda baş verir.

Berlin həmçinin Polşa kimi NATO müttəfiqlərinin Ukraynaya Leopard 2 verməsinə yaşıl işıq yandırıb. ABŞ isə Kiyevə bir batalyona bərabər 31 Abrams döyüş tankları göndərəcək.

Qərb tankları Ukraynanın Rusiya qüvvələrinin işğalına qarşı mübarizədə əhəmiyyətli təkan verə bilər. Ancaq AzadlıqRadiosunun müxbiri Tod Prins sayın və zamanın önəmli faktorlar olduğunu yazır.

ABŞ-nin ehtiyatda olan ordu mayoru, Madison Siyasi Forumunda Urban Müharibə Araşdırmalarının başçısı Con Spenser (John Spencer) tankları Ukraynanın hücum “reseptinin vacib hissəsi” adlandırır. “Onlara Rusiya tanklarının əksəriyyətini üstələyəcək tank lazımdır”, – o vurğulayır.

Üstünlükləri

Leopard 2 və Abrams tanklarının daha yaxşı görmə qabiliyyəti var, düşmən texnikasını sürətlə aşkarlayaraq hədəfə alır. Daha yaxşı stabilizasiya isə bu tankların hətta hərəkətdə ikən belə dəqiqliklə atəş açmasına imkan verir. Ekspertlər sözügedən tankların Rusiya modellərindən daha təhlükəsiz olduğunu deyir, partlayışa dözümlü qapıları heyəti tankdakı sursatdan ayırır.

Almaniya, ABŞ və Böyük Britaniya hələlik, 60-dək tank göndərməyə razılaşıb. Britaniya bu ayın əvvəlində deyib ki, Ukraynaya 14 ədəd “Challenger 2” döyüş tankları göndərəcək.

Ukrayna ordu rəsmiləri rusiyalıların geri oturdulması üçün onlara 300 tank, 600-700 zirehli döyüş texnikası, 500 qaubitsa gərəkdiyini deyirlər. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hərbi təhlilçisi Mark Kankian isə döyüş zonasında real təsirdən ötrü Ukraynaya azı 100-150 Qərb tankı lazım olduğunu bildirir.

Ukraynada yeni tanklar: Leopard 2-nin özəlliyi nədir?
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

Ukrayna nə qədər tank itirib

Müharibəyədək Ukraynanın 850-cən tankı olub və onların azı yarısını itirib. Bunu “Oryx” vebsaytı hesablayıb.

Real itkinin daha böyük olduğu güman edilir. Ukrayna tank sayını açıqlamır, dövlət sirri olduğunu bildirir.

Müharibənin 11 ayı ərzində Şərqi Avropadan olan NATO üzvləri Ukraynaya yüzlərlə sovet istehsalı olan tank veriblər. Ancaq bu ölkələrin belə silahlar vermək qabiliyyəti məhduddur, ona görə də Qərb istehsalı tanklar ən cəlbedici alternativ olaraq qalır.

Leopard 2 tankları Abrams-dan daha tez göndərilə bilər, çünki sonuncu daha uzunmüddətli təlim istəyir. Spenser deyir ki, Ukrayna bir neçə həftəyə Leopard 2-dən istifadəyə hazır ola bilər.

Anbarlarda qalan Leopard tankları

Hazırda Avropada, o cümlədən Türkiyədə 2 mindən çox Leopard 2 tankının olduğu bildirilir. Bu isə kritik səviyyədə dəstəkdən üçün bu ölkələrin asanlıqla bir araya gələ biləcəyi deməkdir.

Ancaq bir məsələ də var ki, daha köhnə model sayılan Leopard 2 tankları illərdir anbarlarda saxlanır və potensial yerləşdirmədən ötrü onlara təmir, modifikasiya gərəkə bilər.

ABŞ rəsmiləri isə 31 Abrams tankının Ukraynaya göndərilməsinin bir neçə ay çəkəcəyini açıqlayıb. Bayden administrasiyası bu tankları göndərməklə bağlı tərəddüdünü onunla əsaslandırırdı ki, onların qaz turbinləri reaktiv yanacaq işlədir, onlara baxış, istifadə və təchizatı Leopardlara baxanda daha çətindir.

Bəzi ekspertlərsə bu narahatlığı əsassız sayır, Ukrayna silahlı qüvvələrinin yeni avadanlığa adaptasiya olunmasına diqqət çəkir.

Bakıya sığınan ukraynalılar: ‘Çox adam rus təbliğatının təsirindədi’
Gözlə

No media source currently available

0:00 0:08:08 0:00

Şəhər döyüşləri

ABŞ rəsmiləri deyirlər ki, Qərb tankları gələn həftələr və aylar ərzində açıq ərazilərdə gözlənən döyüşlərdə əsas komponent olacaq. Rusiyanın da yazda hücuma hazırlaşdığı güman edilir.

Spenserin sözlərinə görə, döyüş tankları Ukraynada gedən şəhər döyüşləri üçün də vacibdir.

“Ukraynalıların irəliləməsi və əraziləri, özəlliklə urban əraziləri geri alması üçün tanklara ehtiyacı var. Savaş budur”, – o vurğulayıb.

ABŞ və NATO müttəfiqləri Ukraynaya “yüngül tanklar” adlanan yüzlərlə silahlı döyüş maşını göndərməyə də razılaşıblar. Bu maşınlar əsasən döyüş zonasında əsgərlərin daşınması üçün nəzərdə tutulsa da, bəzən tankları da dağıda bilir.

Uzaqmənzilli raketlər verilsə...

Kiyev həmçinin Qərbdən qırıcı təyyarələr və uzaqmənzilli raketlər istəyir. Birləşmiş Ştatlar Ukraynaya 300 km-i vura bilər ATACMS raketlərini verməkdən imtina edir.

2003-2006-cı illərdə ABŞ-nin Ukraynada səfiri olmuş Con Herbst (John Herbst) deyir ki, uzaqmənzilli raketlər Qərb tanklarından daha vacibdir, çünki Rusiyanın təchizat zəncirlərini hədəfə ala bilər.

“Rusiyalıların avadanlığı olmasa, döyüşə əsgər göndərə bilməzlər”, – o vurğulayıb.

Təhlilçi Kankian isə qeyd edir ki, Ukrayna üçün “ən vacib” məsələ hərbi yardımın ABŞ və NATO müttəfiqlərindən yüksək səviyyədə davam etməsidir.

“Yardımın həcmi əhəmiyyətli azalsa, yaxud tam kəsilsə Ukrayna duruş gətirə, qələbə çala bilməz”, – o vurğulayıb.

XS
SM
MD
LG