Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:41

Ermənistan rus məktəbləri açıb-açmamağı düşünür


Ermənistanın təhsil naziri Janna Andreasyan
Ermənistanın təhsil naziri Janna Andreasyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın təhsil naziri ölkədə rus məktəblərinin açılıb-açılmayacağına dair sualın cavabını hələ ki bilmir.

Azatutyunun bu barədə sualına cavab verən nazir Janna Andreasyan deyib ki, Rusiya tərəfinə bu barədə iki mümkün ideya təqdim olunub.

Onlardan biri Çin-erməni məktəblərinin modelidir. Bu məktəblərdə əsas fənlər erməni dilində tədris edilir.

Nazirin sözlərinə görə ikinci təklif Ukraynada müharibə başlanandan bəri Ermənistana Rusiya vətəndaşlarının axını ilə bağlıdır:

“Biz onlardan soruşduq ki, bu vətəndaşlar üçün təhsinin təşkilinə ehtiyac varmı? Burda həm də o nəzərdə tutulurdu ki, bu adamlar rus məktəblərində təhsil ala bilsinlər.”

Azatutyun yazır ki, ötən dekabrda Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasından sonra bu problemlə bağlı işçi qrupunun yaradılmasına dair qərar qəbul olunub.

Lavrov nə danışırdı?

Amma bundan bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla Moskvada keçirdiyi birgə mətbuat konfransında ona Ermənistanın rus dilinə qayğı ilə yanaşmasına görə təşəkkürünü bildirib.

O habelə deyib ki, Ermənistandakı rus məktəblərinin sayının artırılması üzərində iş gedir:

“Biz münasibətlərimizin bütün spektrini, bütün məsələləri müzakirə etdik. Biz qarşılıqlı mədəni təsirləri, yeni rus məktəblərinin açılması, dərsliklərin və mədəniyyət vəsaitlərinin mübadiləsini müzakirə etdik. Biz cari ildə Ermənistanda yeni rus məktəblərinin açılması səylərinin gücləndirilməsi barədə razılığa gəldik...”

Azatutyun yazır ki, nə Rusiya, nə də Ermənistan tərəfi bu “səylərin” nədən ibarət olduğunu açıqlamır.

Ermənistanın təhsil naziri də bu suala cavab verə bilməyib. Nazir yalnız bunu deyib ki, razılaşma əldə olunarsa, yeni məktəb binaları tikiləcək.

Paşinyan: 'Sülh sazişi olacaq'
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Uzaqbaşı dörd məktəb

Ermənistanda rəsmi təhsil dili erməni dilidir. Erməni məktəblərində rus dilinin tədrisi 2-ci sinifdən icbari hesab olunur. Digər xarici dillər 3-cü sinifdən keçilir.

Bu da xəbər verilir ki, Ermənistanın 63 orta məktəbində rus dilinin “dərinləşdirilmiş” tədrisi tətbiq olunur.

45 məktəbdə rus dili sinifləri var.

Ermənistanda xarici dilli məktəblər 2009-cu ildə qəbul olunmuş “Təhsil qanunu” ilə tənzimlənir.

Bu qanuna görə ölkədə xarici dilli dövlət təhsil müəssisələrinin sayı 11-dir.

Elə bu qanun Ermənistanda xarici dildə təhsil verən təşkilatların maksimum sayını 4 olaraq göstərir. Bu isə o deməkdir ki, ölkədə rus məktəblərinin ümumi sayı bundan çox ola bilməz.

Hazırda Ermənistanda rusca təhsil verən üç məktəb var.

XS
SM
MD
LG