Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:07

Türkiyə İsveçin NATO üzvlüyünü ‘əslində’ niyə ləngidir


Stokholmda anti-Ərdoğan aksiyası (Arxiv fotosu)
Stokholmda anti-Ərdoğan aksiyası (Arxiv fotosu)

Finlandiya bu həftə NATO üzvlüyünə qəbul edilərək, alyansın 31-ci ölkəsinə çevrilsə də, üzvlük üçün onunla eyni vaxtda ərizə vermiş İsveçin məsələsi Türkiyə və Macarıstan tərəfindən ləngidilir.

Təhlilçilər Türkiyədə İsveçin NATO üzvlüyü ilə bağlı sənədlərin 14 may parlament və prezident seçkisinədək ratifikasiya olunacağını gözləmirlər.

Hətta ondan sonra da əgər Ərdoğan prezident olaraq qalarsa, onun İsveçin NATO üzvlüyü məsələsində fikrinin necə dəyişə biləcəyi məlum deyil.

Reuters yazır ki, belə görünür, Macarıstan da bu məsələdə Türkiyədən “nümunə” götürür.

Onilliklərdir neytral siyasət yürüdən Finlandiya və İsveç NATO üzvlüyünə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlanan kimi müraciət ediblər.

Rusiya ilə quru və dəniz sərhədləri olan bu iki Skandinaviya ölkəsi yaranmış vəziyyətdə öz təhlükəsizliklərinin təminatını yalınız NATO blokunda olmaqda görürlər.

NATO ölkələrinin böyük əksəriyyəti bu iki ölkənin NATO üzvlüyü sənədlərini demək olar dərhal ratifikasiya ediblər.

Onların fikrincə Rusiya ilə 1300 kilometrlik sərhədi olan Finlandiyanın və böyük hərbi potensiala malik İsveçin üzvlüyü alyansı daha da qüdrətli edəcək.

İsveç məhkəmələri

Türkiyə parlamenti ilkin ləngitmədən sonra, nəhayət ötən həftə Finlandiyanın ərizəsini ratifikasiya edib.

Lakin Ankara İsveçin sənədlərinin ratifikasiya edilməsi məsələsində ciddi inadkarlığını davam etdirir.

Türkiyə bildirir ki, Stokholm Ankaranın təhlükəsizlik narahatlıqlarını ciddi saymır.

Türkiyə rəsmiləri İsveçi kürd separatçılarını və onların PKK təşkilatının üzvlərini himayə etməkdə günahlandırırlar.

Onlar vurğulayırlar ki, bu barədə tədbir görəcəyini vəd etmiş İsveç hələ ki, praktik addım atmayıb.

Stokholm bu istiqamətdə hərəkət etməyə çalışsa da, İsveç məhkəmələri bir neçə nəfərin Türkiyəyə təslim edilməsini bloklayıblar.

Macarıstan da hələ ki, İsveçin sənədlərini ratifikasiya etmir.

Daha incə səbəblər

Ekspertlərin fikrincə Türkiyənin İsveçin NATO üzvlüyünü ləngitməsinin daha incə səbəbləri var.

İsveç bir qayda olaraq Türkiyədə insan haqlarının və demokratik standartların pozulmasını tənqid edir.

Son həftələrdə vəziyyəti qəlizləşdirən Stokholmda keçirilən anti-Türkiyə aksiyalarından birində müsəlmanların müqəddəs kitabı Quranın, amma həm də Ərdoğanın müqəvvasının yandırılması olub.

Ankara bu hərəkətləri “nifrət cinayəti” adlandırır. İsveç isə israr edir ki, bunlar ifadə azadlığının bir hissəsidir.

Ərdoğan qarşıdan gələn seçkilərdə siyasi karyerasının ən çətin sınağı ilə üzləşəcək.

Odur ki, NATO məsələsi iqtidara elektoratın diqqətini bahalıqdan yayındırmaqda kömək edə bilər.

Macarıstanın istədiyi nədir?

Təhlilçilər hesab edirlər ki, bu seçkidə müxalifətin qələbəsi İsveçin NATO-ya gedən yolunu dərhal açardı.

Macarıstan da İsveçi “illərdir davam edən” düşmən münasibətdə ittiham edir.

Burada da əsas məqam İsveçin tənqidlərinə baş nazir Viktor Orbanın şəxsən hədəf olmasıdır.

İsveç siyasətçiləri Orban hakimiyyəti illərində Macarıstanda qanunun aliliyi prinsipinin aşılandığını deyirlər.

Lakin Macarıstan Türkiyə kimi İsveçin qarşısında konkret şərtlər qoymayıb.

Bununla belə Budapeşt bildirir ki, Stokholm onun narazılıqlarını nəzərə almalıdır.

Baxmut uğrunda gedən döyüşdə gündə yüzədək Ukrayna əsgəri yaralanır
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

Türkiyənin NATO ilə belə çəkişmələri olub

Şərhçilər bildirirlər ki, Türkiyə seçkilərindən sonra İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırıla bilər.

Lakin bunun konkret vaxt cədvəli olmadığından ratifikasiyanı hələ ki, həll edilmiş məsələ hesab etmək olmaz.

Hərçənd İsveç israr edir ki, o ötən il Madriddə Türkiyə qarşısında antiterrorla bağlı götürdüyü öhdəlikləri icra edir, amma Ankaranın bəzi tələblərinin icrası mümkün deyil.

Lakin Türkiyənin İsçevdən əvvəl də NATO ilə zaman-zaman sözü çəp gəlib, bununla belə Ankara sonunda güzəştə getməli olub.

Stokholm Universitetinin Türkiyə araşdırmaları üzrə eksperti Pol Levin bu barədə deyir:

"Bundan əvvəlki insidentlərə nəzər salanda görürük ki, bunlar müttəfiqlərin təzyiqi, danışıqlar və bəzi güzəştlərlə həll olunub. Mənim gözləntim budur ki, bu məsələdə də eyni prinsiplər rol oynayacaq”.

Lakin Levinin fikrincə Ankaranın İsveçin NATO üzvlüyünə imkan yaratması yaydan sonraya qala bilər.

İsveçin təhlükəsizliyi məsələsi

Bəs belə ləngimə İsveçin təhlükəsizliyini necə təsirləndirir?

Ekspertlər hesab edirlər ki, hazırda İsveçin təhlükəsizlik vəziyyəti onun NATO üzvlüyünə ərizə verməsindən əvvəl olduğundan dəfələrlə yaxşıdır.

İsveçə Birləşmiş Ştatlar, Britaniya və Almaniya da daxil bir çox müttəfiqlərdən qarantiyalar verilib.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, indinin özündə də İsveç hər hansı təhlükə ilə üzləşərsə, təklənəcəyi ağlasığmazdır.

Əslində İsveç ordusunun NATO komandanlığına inteqrasiyasına artıq başlanıb.

İsveçin güclü hərbi hava və dəniz donanmaları var və onun alyansa qoşulması NATO-nu Baltik regionunda daha da qüdrətləndirəcək.

XS
SM
MD
LG