Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:26

​​​​​​​Aİ missiyasının başçısı: 'Bir çox erməni inanır ki, Azərbaycan yazda hücuma keçəcək'


Aİ-nin Ermənistandakı misiyası
Aİ-nin Ermənistandakı misiyası

Azərbaycan nefti və qazı Avropa İttifaqının (Aİ) Rusiya yanacağını əvəzləmək səylərində vacib yer tutur. Ancaq bu məsələ blokun müharibələrin getdiyi Cənubi Qafqazda siyasi nüfuz qazanması yolunda dolaşığa düşə bilər. “Politico” dərgisində Gabriel Gavin Aİ-nin iki ölkə arasına, Ermənistanla sərhədə mülki missiya göndərməsindən, Azərbaycanın isə bunu daxili işlərinə xarici müdaxilə adlandırmasından yazır.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Ancaq sərhədlər delimitasiya olunmayıb, tərəflər sülh sazişi imzalamayıb.

Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətini pisləməsi rəsmi Bakını qəzəbləndirib. Müəllif qeyd edir ki, bütün bunlar Aİ-nin Azərbaycanla qaz sazişinə kölgə salır. Blok 2027-ci iləcən Azərbaycandan aldığı qazın həcmini 20 milyard kubmetrə çatdırmağı planlaşdırır.

POLITICO-ya anonimlik şərtilə danışan Aİ-nin diplomatik xidmətinin aparıcı rəsmisi də monitorinq missiyasının münasibətləri sərinlətməsindən gileylənir: “Bakıdan fərqli ssenari gözləyirdik. Patrullarla bağlı bütün müvafiq informasiyanı Azərbaycanla da bölüşürük, çünki problem istəmirik”.

Erməni sakinlər kənddə tutulan azərbaycanlıdan danışdılar
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

“Bu baş verməsə...”

Məqalədə deyilir ki, Rusiyanın başı Ukraynada apardığı dağıdıcı müharibəyə qarışdığı bir vaxtda Brüssel Cənubi Qafqazda iştirakını möhkəmləndirməyə ümid edir, Azərbaycanla iqtisadi əlaqələr qurur, qonşu Ermənistana siyasi dəstək təklif edirdi.

Ancaq yanvarda Brüsselin sərhədə 100 müşahidəçi göndərəcəyi haqda açıqlaması durumu dəyişdirdi. Azərbaycan Prezidenti İlham Əliyev ötən ay dedi ki, vasitəçilər “Qarabağ münaqişəsini həll etməyə deyil, onu dondurmağa çalışmırlar”. Əliyev Bakının “mınasız danışıqlara cəlb olunmaq” səylərini rədd etdiyini bildirib.

“Bir çox erməni inanır ki, Azərbaycan yazda hücum edəcək. Bu baş verməsə, missiyamız artıq uğur qazanıb”, – bunu isə Aİ missiyasının başçısı Markus Ritter “Deutsche Welle” radiostansiyasına deyib.

Müəllif Azərbaycanın dövlət mediasının Aİ missiyasını ölkəni “yeni müharibəyə təhrik etməkdə” suçlamasından yazır. Aİ rəsmisi isə Azərbaycanla Rusiyanın əslində, eyni şeyi dilə gətirdiyini söyləyib: “Yəni, Aİ missiyası monitorinq adı altında hərb-kəşfiyyat əməliyyatı aparır. Onlar ta əvvəldən əvvəldən tam dinc və silahsız missiyanı gözən salmağa çalışıblar, bununla bağlı nəsə də bilmirik”.

Xankəndi 40 il əvvəl: Erməni və azərbaycanlı sakinlər danışır #İZAHLA
Gözlə

No media source currently available

0:00 0:08:15 0:00

Bakı narahatdır

Azərbaycanın Aİ-dəki missiyasının başçısı Vaqif Sadıqov isə POLITICO-ya deyib ki, sərhəddə müşahidəçilərin olması Bakını narahat edir.

“Bu, Ermənistanla Aİ arasında ikitərəfli məsələdir, ancaq sərhəd postlarımızdan bir neçə yüz metr uzaqda, ağır hərbləşdirilmiş mühitdə baş verir. Orada Rusiya sərhədçiləri, Ermənistan sərhədçiləri, Rusiya nizami birlikləri, Ermənistan nizami birlikləri, İranla sərhədə doğru isə İran ordusu yerləşir. İndi həm də Aİ sülhməramlıları gəlib. Bizim legitim təhlükəsizlik məsələlərimiz var”, – o vurğulayıb.

Sadıqov xəbərdarlıq edib ki, bu missiya Brüsselin regiona iştirakını gücləndirmək cəhdi sayıla bilər.

Son vaxtlar Azərbaycanla İranın münasibətlərində də gərginlik artıb. Tehran ən son bəyanatlarında Azərbaycanın İsraildə səfirlik açmasını kəskin tənqid edib. Bakı isə cavabında bildirib ki, hansı ölkələrlə yaxşı münasibətlər qurması barədə üçüncü ölkələrlə məşvərət etmir.

Sanksiya çağırışları artarsa...

Karnegi Fondunun aparıcı əməkdaşı Tom de Vaalın (Tom de Waal) fikrincə, Aİ hələ də Azərbaycanla Ermənistan münaqişəsinin həllinə vasitəçilik edəcəyinə ümid bəsləyir. Ancaq bu cəhd alınmasa, Qərb ölkələrindən Azərbaycana sanksiya çağırışları arta bilər. Bu isə Aİ-nin Azərbaycandan Rusiya yanacağına alternativ kimi istifadə cəhdinə problem yaradar, təhlilçi söyləyib.

Avropa Parlamenti martın 15-də “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı hesabatında Aİ-ni Azərbaycanda insan hüquqlarını kobud şəkildə pozan rəsmilərə hədəfli sanksiyalara çağırırdı. Azərbaycan parlament komitəsinin hesabata cavabında isə deyilirdi ki, qətnamədə Bakının sülhə nail olmaq səyləri qəsdən gözdən salınır:

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılıb. Lakin ötən ilin sonlarından bu proses dayanıb. Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib. Onlar hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Fransa rəsmiləri isə iki ölkə arasında sülhün bərqərar olmasında maraqlı olduqlarını deyirlər.

XS
SM
MD
LG