Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:56

Azərbaycan mətbuat azadlığına görə 180 ölkə içində 151-ci oldu


Sizcə, Azərbaycanda media nə qədər azaddır?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Sizcə, Azərbaycanda media nə qədər azaddır?

“Sərhədsiz Reportyorlar Təşkilatı” (ingiliscə qısa adı - RSF) 21-ci Dünya Mətbuat Azadlığı İndeksini yayıb. Mayın 3-də Dünya Mətbuat Azadlığı Günündə açıqlanmış indeks mətbuat azadlığı sahəsində siyasi, sosial və texnoloji çalxalanmalardan doğan radikal dəyişikliklərə işıq salır.

Azərbaycan indeksdə 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb. Müqayisə üçün, Norveç artıq yeddi ildir indeksdə birinci yerdədir. Ondan sonra İrlandiya, Danimarka kimi ölkələr gəlir.

180-ci yerdə Şimali Koreyadır. Ondan əvvəlki yerləri Türkmənistan (176), İran, Vyetnam, Çin (179) tutur.

Pakistanla Əfqanıstan arasında

2022-ci ildə 180 ölkə içində 154-cü olan Azərbaycan bu il indeksdə Pakistan və Əfqanıstan arasında qərarlaşıb.

Hakimiyyət təmsilçiləri indiyədək ölkədə mətbuat azadlığını boğulması haqda beynəlxalq tənqidləri qəbul etməyib, bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildiriblər.

Reallıqda isə bir sıra müstəqil media qurumlarının işinə maneələr törədilir. ABŞ Konqresinin maliyyələşdirdiyi AzadlıqRadiosunun ölkədəki ofisi bağlanıb, vebsaytı bloklanıb. Fərqli fikirlər yayan bəzi vebsaytlar da belə aqibətlə üzləşib.

Ötən ilin əvvəlində qüvvəyə minmiş media qanunu tənqid olunub, beynəlxalq qurumlar bu qanunun jurnalistlərin işini çətinləşdirdiyini bildiriblər. Avropa Şurasının Venesiya Komissiyasının rəyinə görə, sənədin çox müddəaları ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir, sənəd mediaya "ictimai nəzarətçi" rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir.

Azərbaycanın qonşularından Ermənistan indeksdə 49, Gürcüstan 77, Rusiya 164-cü yerdədir.

Dünyadakı dəyişikliklər, süni zəkanın yaratdığı xaos

Birləşmiş Ştatlar 3 pillə geriləyərək 45-ci olub. Bu ölkədəki respondentlər Bayden administrasiyasının səylərinə baxmayaraq, jurnalistlər üçün mühiti mənfi dəyərləndiruiblər. Özəlliklə yerli səviyyədə hüquqi qanunvericilik, geniş yayılmış zorakılıq qeyd olunub.

RSF 31 ölkədə mətbuat azadlığının durumunun “çox ciddi”, 42 ölkədə “çətin”, 55 ölkədə “problematik”, 52 ölkədə “qənaətbəxş” olduğunu bildirir. Başqa sözlə, hər 10 ölkədən yeddisində jurnalistika üçün mühit “pis”dir, hər 10 ölkədən yalnız üçündə qənaətbəxşdir.

İndeksdə böyük irəliləyişlər və geriləmələr baş verib. Braziliya 18 pillə irəli, Seneqal isə 31 pillə geri gedib. RSF-in Baş katibi Kristof Deluar (Christophe Deloire) qeyd edir ki, bu sabitsizlik bir çox ölkələrdə hakimiyyət tərəfdən aqressivliyin, sosial mediada və fiziki dünyada jurnalistlərə qarşı ədavətin artmasının nəticəsidir:

“Bu dəyişkənlik həmçinin saxta kontent industriyasındakı artımla bağlıdır, bu sahə dezinformasiya hazırlayaraq yayır, onun emalı üçün alətlər təqdim edir”.

RSF süni zəkanın inkişafının da media dünyasında xaos yaratdığını vurğulayır: “Twitter-in sahibi İlon Mask (Elon Musk) informasiyaya özbaşına, ödənişli yanaşmanı aşırı həddə çatdırmaqla bu platformaların jurnalistika üçün bataqlıq olduğunu göstərir”.

XS
SM
MD
LG