Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:06

Kremli tənqid edənlərin sirli zəhərlənmələri


ABŞ-ın Kiyevdəki və Daşkənddəki keçmiş səfiri Con Hörbst
ABŞ-ın Kiyevdəki və Daşkənddəki keçmiş səfiri Con Hörbst

Ən azı dörd nəfər son iki ildə, əsasən Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan bəri özlərində zəhərlənmə simptomları hiss ediblər və mənzillərinə naməlum şəxslərin, güman ki, Rusiya xüsusi xidmətləri nümayəndələrinin girməsi ilə üzləşiblər.

Bu barədə məlumatı mayın 16-da Agentsvo saytı verib.

Sayt xəbər verir ki, bu ilin may ayının ilk günlərində “Azad Rusiya” fondunun rəhbəri Nataliya Arnonun (Budayeva) əhvalı kəskin pisləşib.

Agentsvo iki mənbəyə istinadən bildirir ki, Arno Praqada Rusiyadakı vəziyyətə həsr olunmuş görüşlər keçirirdi və bu zaman bədənində keyləşmə və orqanizminin müxtəlif nahiyələrində ağrılar hiss etməyə başlayıb.

Arnonun tanışlarından olan iki nəfərdən birinin sözlərinə görə qadın sözü gedən simptomları hiss etməzdən əvvəl Praqadakı mehmanxana nömrəsində qapısının açıq olduğunu görüb.

Arno habelə otaqda yad qoxu, “ucuz ətriyyata” bənzəyən qoxu hiss edib.

Ertəsi gün Arno Kremlin təzyiqlərindən sonra Rusiyanı tərk etməyə məcbur olandan bəri, artıq on ildir ki, yaşadığı ABŞ-a uçub.

FTB-nin araşdırması

Amerika vətəndaşlığı olan Arno ABŞ-da xəstəxanaya, habelə hakimiyyət orqanlarına müraciət edib.

Federal Təhqiqatlar Bürosu (FTB) dərhal bu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Agentsvo bu araşdırmanın nəticəsindən xəbərsiz olduğunu bildirir.

Arnonun özü insidentin baş verdiyini danmasa da, bu məsələni müzakirə etməkdən imtina edib.

Lakin material Agentso saytında dərc edildikdən sonra Nataliya Arno bu məqaləni özünün Facebook səhifəsində şərh edib.

Onun sözlərinə görə bu insidenti ictimailəşdirmək niyyəti olmayıb:

“Lakin bu məqalənin dərc olunduğunu nəzərə alaraq şərh verməyə çalışacağam...Şübhəm var ki, Avropaya son səfərim zamanı məni zəhərləyiblər. Mümkündür ki, bunun üçün əsəb-sinir agentindən istifadə olunub. Bu işin təhqiqatı ilə Qərbin bir (bəlkə də daha çox) xüsusi xidməti məşğul olur. Məndə hələ də neyropatiya simptomları qalır, amma ümumilikdə özümü daha yaxşı hiss edirəm”.

“Uzun barmaqlar”

Nataliya Budayeva Putin Rusiyasından qaça bilmiş rusiyalılara “düşmənin uzun barmaqlarının olmasını unutmamağı” məsələhət görür.

Agentstvo saytının daha iki mənbəyi bildirib ki, Ukraynaya müdaxiləyə bir neçə ay qalmış özündə zəhərlənmə simptomlarını ABŞ-ın Kiyevdəki və Daşkənddəki keçmiş səfiri Con Hörbst də hiss edib.

O hazırda Atlantic Council təşkilatında Avrasiya mərkəzinə başçılıq edir.

Bu da qeyd olunur ki, Hörbst prezident Vladimir Putinin məşhur tənqidçilərindən biridir.

Diplomatın tanışlarından biri Agentsvo saytına deyib ki, o vaxt FTB Hörbstün vəziyyətinin pisləşməsi ilə bağlı təhqiqata başlamışdı.

Keçmiş səfir bu xəbərə şərh verməkdən imtina edib.

Berlində zəhərlənmə

Yenə də iki mənbəyə istinadla bu yaz Avropada baş vermiş daha bir hadisədən bəhs olunur.

Bu insident bu yaxınlarda Avropaya mühacirət etmiş jurnalist xanımın başına gəlib.

Agentsvo etik mülahizələrlə onun adını açıqlamayıb.

Bu ilin aprelində Mixail Xodorkovskinin təşkilatçılığı ilə Berlində Rusiya müxalifətçilərinin görüşünün keçirildiyi vaxt jurnalist səhhətində yaranmış problemlə bağlı almaniyalı həkimlərə müraciət etməli olub.

Jurnalist Agentstvo saytına deyib ki, ola bilsin, bu simptomlar onda konfransa qədər yaranıb. Lakin o simptomların təbiəti və müalicəsi barədə danışmaqdan imtina edib.

Yeri gəlmişkən elə bu konfransda Nataliya Arno da iştirak edirdi və o Praqaya məhz Berlindən gəlmişdi.

Ukrayna ordusu Baxmut ətrafında xeyli ərazini azad edib
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Xristo Qrozev əhvalatı

Agentsvo daha bir jurnalist-təhqiqatçı, Bellingcat araşdırma qrupunun rəhbəri Xristo Qrozevdən də yazır.

Amma bu insident zəhərlənmə ilə yox, jurnalistin otağına və onun şəxsi elektron cihazlarına naməlum şəxslərin müdaxiləsi ilə bağlıdır.

Qrozevin özü xəbər vermişdi ki, otel nömrəsindəki telefonu yoxa çıxıb.

Bu hadisə 2022-ci ilin yayında Monteneqroda Rusiya jurnalistikasına həsr olunmuş konfrans günlərində baş verib.

Bellingcat qrupunun təhqiqatlarında tez-tez xüsusi xidmətlərin, məşhur siyasətçilərin və maliyyəçilərin adları çəkilir.

Bu qrupun apardığı ən səs-küylü araşdırma müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı idi.

XS
SM
MD
LG