Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:32

Paşinyan: ‘Qarabağda Ermənistan ordusu yoxdur. Əliyevlə görüş planlaşdırılıb’


Armenia -- PM Pashinian Speaks in National Assembly. 29May, 2023
Armenia -- PM Pashinian Speaks in National Assembly. 29May, 2023

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iyulun 6-da keçirilən iclasında bir daha bəyan edib: “Dağlıq Qarabağda Ermənistan Respublikasının ordusu yoxdur”.

Baş nazir Ermənistan ordusunun Qarabağdan çıxarılmasına dair Bakının tələbinə belə cavab verib:

“Dağlıq Qarabağda Dağlıq Qarabağın Müdafiəsi ordusu fəaliyyət göstərir. Bu ordunun mövcudluğunun səbəblərini hər gün Azərbaycanın rəsmi təbliğatında və hərəkətlərində tapmaq olar. Bu hərəkətlərin açıq mahiyyəti Dağlıq Qarabağ ermənilərini etnik təmizləmək və soyqırıma məruz qoymaqdır”.

Paşinyan Fransanı müdafiə edib

Paşinyan deyib ki, Azərbaycan bu etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi Qarabağda yaranmış humanitar böhrana və Bakının hərəkətlərinə obyektiv qiymət verən beynəlxalq təşkilat və ölkələri ittiham edir:

“O mənada ki, Azərbaycan son aylarda Fransaya qarşı genişmiqyaslı əks-təbliğat aparır. Fransaya qarşı təbliğat ona hesablanıb ki, başqa ölkələrin də Dağlıq Qarabağda yaranmış humanitar böhrana qiymət verməsinin qarşısı alınsın”.

Paşinyan eyni zamanda verdiyi dəstəyə görə Fransaya təşəkkürünü bildirib və Parisi başqa ölkələrin də Qarabağda yaranmış vəziyyətə qiymət verməsinə nail olmağa çağırıb:

“Bizim bu vəziyyətə cavabımız diplomatik işin davam etdirilməsi olmalıdır. Mənəvi, siyasi, emosional baxımdan nə qədər çətin olmasına baxmayaraq biz özümüzü əldə saxlamalıyıq”.

'Xankəndiyə beynəlxalq qüvvələrin gəlməsinə qarşıyıq': İkinci Bakı-Yerevan debatı
Gözlə

No media source currently available

0:00 0:34:36 0:00

Əliyevlə görüş planlaşdırılıb

Baş nazir məlumat verib ki, ən yaxın vaxtda Brüsseldə Azərbaycan prezidenti ilə görüşü nəzərdə tutulub, amma sülh müqaviləsinin mətni hələ hazır deyil:

“Mənəvi, siyasi, emosional aspektlərdə və təhlükəsizlik aspektində indiki vəziyyət nə qədər ağır olsa da, sülh gündəliyinin icra olunmasının alternativi yoxdur. Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi beynəlxalq mexanizmlər çərçivəsində Bakı-Stepanakert (Xankəndi-red) dialoqu ilə həll olunmalı, Ermənistan və Azərbaycan arasında isə sülh müqaviləsi imzalanmalıdır”.

Paşinyan əlavə edib ki, bu yaxınlarda Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin danışıqlarında “çox az hiss olunacaq” irəliləyiş olub, amma hər halda “müəyyən irəliləyiş” olub:

“Ən yaxın müddətdə Brüsseldə Avropa Şurası prezidentinin vasitəçiliyi ilə mənim Azərbaycan prezidenti ilə görüşüm planlaşdırılıb. Təəssüf ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanma üçün hələ hazır deyil. Ümid edirəm ki, qarşıdan gələn görüşdə Vaşinqtonda qeydə alınmış pozitivliyi həyata keçirmək mümkün olacaq”.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG