Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:38

Rusiya Lvova raket zərbəsi endirib, ölənlər var


Lvovda raket zərbəsindən sonra
Lvovda raket zərbəsindən sonra

Rusiya hərbçiləri iyulun 6-a keçən gecə Ukraynanın qərbindəki Lvov şəhərinə raket zərbəsi endiriblər.

Yerli hakimiyyət orqanları bildirirlər ki, bu, müharibə başlanandan bəri Lvovun mülki infrastrukturuna ən böyük zərbə olub.

Lvov şəhərinin meri Andrey Sadovı xəbər verir ki, raketin qırıntıları yaşayış binasına düşüb.

O deyib ki, fövqəladə hallar xidmətinin əməkdaşları adamları uçqunun altından çıxarırlar.

Vilayət administrasiyasının başçısı Maksim Kozitski deyib ki, söhbət çoxmənzilli yaşayış binasından gedir:

"Yanğın olub. Yanğını operativ şəkildə söbndürüblər. Xilasedicilər uçqun əraziində axtarış aparırlar”.

Kozitski bundan əvvəl demişdi ki, hücum nəticəsində Lvovun həyati əhəmiyyətli infrastrukturuna ziyan dəyib.

Lvova raket zərbəsi nəticəsində ən son məlumata görə 5 nəfər həlak olub. Bunlar 32 yaşından 63 yaşınadək dörd qadın və bir kişidir.

DİN-in məlumatına görə 40-dək xəsarət alan var.

Sadovının sözlərinə görə Rusiya raketinin qırıntılarının yaşayış binasına düşməsi nəticəsində 60 mənzilə və 50 avtomobilə ziyan dəyib.

Mer əlavə edib ki, binanın damı uçub, Lvov Politexnik Universiteti yataqxanasına ziyan dəyib.

Ukrayna prezidenti Volodimir Zeklenski raket zərbəsinin nəticəsində törənmiş dağıntıları göstərən videonu öz teleqram kanalında dərc edib.

Kalibr tipli raketlərin Qara dəniz hövzəsindən atıldığı xəbər verilir.

Donetsk vilayətini çıxmaq şərtilə hava həyəcanı siqnalı bütün Ukrayna ərazisində səslənib.

XS
SM
MD
LG