Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:43

Rusiya Ermənistan səfirinə nota verib


Ermənistanın Rusiyadakı səfiri V. Arutyunyan
Ermənistanın Rusiyadakı səfiri V. Arutyunyan

Rusiya xarici işlər nazirliyinin rəsmi saytı yazır ki, Ermənistanın son günlər bir sıra “qeyri-dost” addımlar atıb.

Nazirliyin saytındakı məlumata görə, bunların Roma əsasnaməsinin ratifikasiya üçün Ermənistan parlamentinə göndərilməsi, baş nazirin xanımı Anna Akopyanın (Anna Hakobyan) Kiyevə səfəri, Ukraynaya humanitar yardımlar və ABŞ ilə birgə keçirilməsi planlaşdırılan hərbi təlimlərin olması sadalanıb.

Nazirliyin məlumatında deyilir ki, bütün bunlara görə Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan (Vagharshak Harutyunyan) Rusiya XİN-nə çağırılıb və nota verilib.

Eyni zamanda rəsmi Moskva Rusiya ilə Ermənistanın müttəfiq olaraq qaldığına inandığı bildirilib.

Məsələyə Ermənistanın mövqeyi hələ ki bəlli deyil

Son günlər olanlar

Ermənistanın baş naziri Nikol Paşinyan (Nikol Pashinyan) sentyabrın 3-də, İtaliyanın "La Repubblica" qəzetinə demişdi ki, Ermənistanın təhlükəsizliyinin Rusiyadan asılı hala salınması "strateji səhv" olub. Onun sözlərinə görə, rəsmi Moskva Qarabağda təhlükəsizliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

Rəsmi Moskva Ermənistanın baş nazirinə sentyabrın 5-də cavab verib, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov (Dmitry Peskov) deyib ki, Kreml Nikol Paşinyanın bəyanatları, eləcə də Qarabağdakı sülhməramlıların fəaliyyətinin uğursuz olması fikri ilə razılaşmır, Rusiya tamamilə regionun tərkib hissəsidir, ona görə də oranı, Ermənistanı tərk edə bilməz.

Sentyabrın 1-də Ermənistan hökuməti Roma Əsasnaməsini ratifikasiya üçün parlamentə göndərib. Əsasnamə ratifikasiya edilsə, beynəlxalq ədalət məhkəməsinin qərarına əsasən Putin Ermənistana səfər etdiyi halda həbs oluna bilər.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova (Maria Zakharova) isə buna görə izahat tələb edib.

Ermənistan ilk dəfə Ukraynaya humanitar yardım göndərib
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

XS
SM
MD
LG