Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:31

Şarl Mişel: Ağdam-Əsgəran yolundan istifadə Laçın dəhlizinin açılmasını asanlaşdıracaq


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ağdam-Əsgəran marşurutundan istifadənin, Laçın dəhlizinin də yenidən açılmasını asanlaşdıracaq mühüm addım sayır.

Bununla bağlı sentyabrın 13-də Şarl Mişelin sözçüsünün yaydığı bəyanatda deyilir. Bəyanatda bildirilir ki, Qarabağ ermənilərinə zəruri məhsulların çatdırılmasını təmin etmək çox vacibdir.

“Biz Rusiya yüklərinin Ağdam-Əsgəran marşurutu ilə keçməsini qeydə alırıq. Bu, yerli əhalinin müntəzəm ərzaq təminatının bərpasına təkan verəcək”-deyə, bəyanatda vurğulanır.

Avropa İttifaqı Şurasının prezidenti bütün maraqlı tərəfləri həm Laçın, həm də Ağdam-Əsgəran marşurutundan istfadə olunmasını təmin etməkdə çeviklik göstərməyə çağırır.

Bəyanatda həmçinin Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirdiyi, eyni zamanda sentyabrın 10-da Yeni Delhidə keçirilən G20 sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar apardığı da qeyd olunur.

Ş.Mişel Bakı ilə Qarabağda yaşayan ermənilər arasında dialoqun qurulması, barışıq səyləri və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesinə daxil olmaqla, daha konkret addımların atılacağına ümid etdiyini bildirib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

2023-cü ilin aprelində Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulub.

Ermənistan bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.

Azərbaycan isə postun Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulduğunu açıqlayıb.

XS
SM
MD
LG