Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:35

Macarıstan Aİ-nin Ukraynaya 50 milyard avroluq yardımını niyə bloklamaq istəyir?


Viktor Orban və Vladimir Putin (Arxiv fotosu)
Viktor Orban və Vladimir Putin (Arxiv fotosu)

Avropa İttifaqı Macarıstanı Ukraynaya 50 milyard avroluq yardımı bu həftə keçiriləcək sammitdə bloklamamağa inandırmağa səy göstərir.

Reuters agentliyinin yazdığına görə bu yardım həm də Rusiyaya aydın mesaj olmalıdır.

Lakin 27 üzvü olan Avropa İttifaqında bu yardımın qəbul edilməsinə yalnız Macarıstan mane olur.

Rusiya prezidenti Vladimir Putinlə isti münasibətləri olan Macarıstan baş naziri Viktor Orbanın hökuməti Ukraynaya yardıma veto qoyacağını bildirib.

Sözü gedən rəsmi Reuetrs-ə deyib ki, Ukrayna Rusiya müdaxiləsinin ikinci qışında öz enerji sabitliyini təmin etməlidir.

Xəbərdə deyiir ki, Aİ-nin belə yardımları yalnız bütün üzv ölkələrin razılığı ilə edilə bilər.

Həm Rusiyaya mesaj, həm Baydenə dəstək

Almaniya rəsmisinin sözlərinə görə Kiyevə bu yardımın təsdiqlənməsi həm də ona təcavüz edən Moskvaya aydın mesaj olardı və buna görə də Budapeşti bu yardımın mühümlüyünə inandırmaq zəruridir:

"Bizim aşkar məqsədimiz bu ölkəni (Macarıstanı-red) inandırmaqdır ki, Ukraynaya bu yardım həm də bizim həmrəyliyimizin bir aləti, eyni zamanda Rusiyaya mesajdır. Lakin bundan məqsəd həm də ABŞ prezidenti Baydenin Ukraynaya zəruri yardımın davam etdirilməsi üçün səylərinə dəstəkdir”.

Həmin rəsmi “bəs B planı varmı” sualına “biz A planının həyata keçməsinə çalışırıq”.

Almaniya hökumət rəsmisi deyib ki, ölkənin maliyyə çətinliklərinə baxmayaraq Berlin Ukraynaya yardım göstərilməsi məqsədinə sadiqdir.

"Bizim nəzərimizdə Ukraynaya yardım ən yüksək prioritetdir və həllini tapmalıdır”.

Rəsmi işarə edib ki, Almaniyadakı büdcə danışıqları kansler Olaf Şoltsun Aİ sammitinə getməsinə mane olmayacaq.

Budapeşt açıq alver xətti tutub

Reuters yazır ki, bu Macarıstanın Ukraynaya görə Avropa İttifaqı ilə ilk ixtilafı deyil.

Budapeşt ötən dekabrda Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına nail olub və Ukraynaya 2023-cü ildə 18 milyard avroluq yardımın verilməsi qərarına veto qoyub.

Budapeşt Macarıstana yardım məsələsində uzun mübahisələrdən sonra Ukraynaya yardımın verilməsinə razılaşıb.

Avropa İttifaqı Macarıstana bu ölkədə demokratik geriləmə ilə bağlı Budapeştə yardımı dondurub.

Bu arada Politico saytı yazır ki, Aİ hazırda Macarıstanın həyata keçirdiyi ədliyyə islahatları üçün mükafat olaraq Budapeştə 10 milyard avroluq yardımın üzərindən blokun qaldırılmasını nəzərdən keçirir.

Bununla belə Aİ rəsmilərinin söğlərinə görə Macarıstan üçün nəzərdə tutulmuş 11.7 milyard avroluq yardım bu ölkədə insan haqları ilə bağlı problemlərə görə donmuş vəziyyətdə saxlanacaq.

Budapeşt habelə Avropa İttifaqının postpandemiya fondundan 10.4 milyard avroluq qrant və ucuz kredit gözləyir.

Baş nazir Viktor Orbanın köməkçisi bəyan edib ki, Budapeşt Kiyevə yardımı bloklamamağın müqabilində Aİ-dən üst-üstə 30 milyard avro istəyir.

Avropa İttifaqının sammitinin gündəliyində daha bir ciddi məsələ İsrail-HƏMAS müharibəsidir.

XS
SM
MD
LG