Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:50

Norveç Ukraynaya 273 milyon dollar, NASAMS raketləri və sursat verəcək


Norveçin baş naziri Yonas Qar Störe və Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 13-də Osloda keçirilən mətbuat konfransında
Norveçin baş naziri Yonas Qar Störe və Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 13-də Osloda keçirilən mətbuat konfransında

Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 13-də Norveçə, əvvəlcədən elan edilməmiş səfərə gəlib.

O baş nazir Yonas Qar Störe ilə görüşüb və Şimal ölkələri sammitində iştirak edib.

Störe bəyan edib ki, Norveç Ukraynaya onun Rusiya təcavüzünə qarşı mübarizəsində bundan sonra da kömək edəcək.

O bildirib ki, Oslo Kiyevə 3 milyard Norveç kronu (273 milyon dollar) məbləğində maliyyə yardımı edəcək.

Bu vəsait Ukraynanın təhsil və səhiyyə sisteminə xərclənməldir.

Bundan başqa Norveç Ukraynaya əlavə olaraq NASAMS raket sistemləri və 3 milyon dollatlıq sursat verəcək.

Şimal ölkələrinin sammitində - Norveç, Finlandiya, İsveç, Danimarka və İslandiya liderləri Ukraynaya yardımın “lazım olduğu müddətdə” davam etdiriləcəyinə dair birgə bəyanat qəbul ediblər.

Brifinqdə Zelenski “Ukrayna Qərbin yadımları olmadan qalib gələ bilərmi” sualına belə cavab verib:

“Köməksiz qələbə qazanmaq olmaz, amma uduzmaq da olmaz”.

ISW: Rusiyanın hücumları hərbi deyil, siyasi məqsəd güdür

Bu arada ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) ekspertləri hesab etdiklərini bildiriblər ki, Rusiya ordusunun hazırda Donbasdakı hücum əməliyyatları hərbi deyil, siyasi mülahizələrlə bağlıdır.

Onların fikrincə bundan məqsəd Qərbin Ukraynaya dəstəyini sarsıtmaqdır. Rusiyalılar Ukraynanın müdafiəyə keçməsi və bu müharibədə qələbəyə ümidinin qalmaması təsəvvürünü yaratmağa çalışırlar.

ISW bu yaxınlarda ABŞ kəşfiyyatının Konqresə təqdim etdiyi məlumata istinad etdiyini bildirir.

Bundan başqa ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adrienn Uotson bu yaxınlarda bildirmişdi ki, Rusiya ordusu oktyabrda Ukraynada - Avdeyevka istiqamətində hücuma keçəndən bəri 13 min canlı qüvvə və 220 vahid zirehli texnika itirib.

ISW Uotsona istinadla qeyd edir ki, Rusiya komandanlığının və siyasi rəhbərliyinin məntiqi belədir: Rusiya ordusunun ağır itkilərə baxmayaraq bir neçə istiqamətdə hücumlarının siyasi effekti olmalıdır.

Son hədəf müharibəni qış dövrünə keçirmək və Ukraynanın Qərb partyorlarını Kiyevə yardım həvəsindən salmaqdır. Moskva düşünür ki, bütün bunlar son nəticədə bu müharibədə strateji təşəbbüsün Rusiyaya keçməsinə imkan verə bilər.

XS
SM
MD
LG