Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:46

Sabirabad icra başçısı kəndlilərin tələbini dinlədi


Sakinlər deyirlər ki, vədlər yerinə yetirilməsə, yenidən etiraz aksiyalarına başlayacaqlar
Sakinlər deyirlər ki, vədlər yerinə yetirilməsə, yenidən etiraz aksiyalarına başlayacaqlar
Ötən ilki daşqınlardan əziyyət çəkən və kompensasiya ala bilməyən Saatlı rayonunun bir qrup sakini də martın 30-da etiraz aksiyası keçirməyi planlaşdırırdı.

Aksiyanın təşkilatçılarından biri Lazım Umudovu polis saxlayıb, sonra o, məhkəməyə aparılıb.

Bu haqda AzadlıqRadiosuna Lazım Umudov özü məlumat verib.

«Mənə deyirdilər ki, Novruzlu kəndinin icra nümayəndəsi Oqtay Zülfüqarovla kənd sakini Mirabbas Rzayevin məhkəməsinə çıxarılacam. Məni bir neçə saat məhkəmədə gözlətdilər, sonra da dedilər ki, məhkəmə olmayacaq, gedə bilərsən».

Saatlı rayonu Dəllər kənd sakini Füzuli İsrafilov isə AzadlıqRadiosuna bildirib ki, polis aksiya keçirmək istəyənlərə hədə-qorxu gəlib, onları aksiyadan çəkinməyə çağırıb. O deyir ki, aksiya keçirmək istədikləri körpünün ətrafına çoxlu sayda polis yığılıb.

Saatlı rayon Polis İdarəsindən isə təzyiqlərlə bağlı deyilənləri təsdiq etmədilər.

«PROBLEMLƏR TEZ BİR ZAMANDA HƏLL OLUNACAQ»

Martın 30-da Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı kənd sakinləri Əsgərbəyli kəndində yığışıblar. Onlar ötən ilki daşqınlardan sonra sakinlərə veriləcək kompensasiyaların düzgün hesablanmamasından, bəzi ailələrə isə ümumiyyətlə, kompensasiyalar ödənilməməsindən şikayətlənirlər.

Bu səbəbdən aksiya keçirmək istəyirdilər.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov kəndə gəlib aksiya keçirmək istəyən sakinlərlə görüşüb. O, problemlərin tez bir zamanda həll olunacağına söz verib. Kənd sakinləri də onun verdiyi vədlərin doğrulacağına ümid etdiklərini bildiriblər. Onlar deyirlər ki, vədlər yerinə yetirilməsə, yenidən etiraz aksiyalarına başlayacaqlar.

Sakinlərin əsas şikayətlərindən biri də icra nümayəndəsindəndir. Həmin şəxs vəzifəsindən azad olunub. Sakinlər bildirirdilər ki, o, kompensasiyaların ödənilməsində qanunsuzluqlara yol verib.
XS
SM
MD
LG