Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:58

«Media azadlığının boğulması hökumətin müstəqil mətbuata düşmənçiliyini göstərir»


«Baş verənləri müstəqil və müxalif mətbuatın təqib edilməsinin davamı kimi dəyərləndirmək gərəkdir»
«Baş verənləri müstəqil və müxalif mətbuatın təqib edilməsinin davamı kimi dəyərləndirmək gərəkdir»

«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatının Avropa və Asiya departamentinin icraçı direktoru Holi Kartner Azərbaycan prezidenti İlham Əliyevə açıq məktub ünvanlayıb: «Mən iki məşhur müxalif qəzetin – «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan»ın bağlanmasında hakimiyyətin əli olmasından dərin narahatçılıq keçirdiyimi ifadə etmək üçün yazıram. Onların bağlanması müstəqil və müxalif mətbuata qarşı güclü zərbə olub, bu da hakimiyyətin KİV və ifadə azadlığına qarşı artan düşmənçiliyini göstərir».


«Turan»ın məlumatına görə, cənab Kartner bildirib ki, bu qəzetlərə və onların redaktoruna qarşı kampaniya artıq uzun müddətdir ki, aparılır və ona qarşı irəli sürülən ittihamlar siyasi xarakter daşıyır: «Baş verənləri müstəqil və müxalif mətbuatın təqib edilməsinin davamı kimi dəyərləndirmək gərəkdir. Bundan başqa, jurnalistlərə qarşı üstü hələ də açılmayan çoxsaylı təhdid və zorakılıq faktları mövcud olub».


«Human Rights Watch»un əməkdaşı bəyan edir ki, Azərbaycanda müstəqil və müxalif mətbuatın boğulması ölkənin ifadə azadlığı sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulmasıdır və onun demokratik inkişafına təhlükə yaradır. «Mən təkidlə sizdən Azərbaycanın ifadə və mətbuat azadlığı sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini təsdiq edəcək bu qəzetlərin nəşrinin yenidən bərpası üçün təcili tədbirlər görməyə çağırıram», - deyə Holi Kartner vurğulayır.


Azərbaycan rəsmiləri dəfələrlə ölkədə mətbuat azadlığı üçün hər cür şəraitin olduğunu bəyan ediblər.


XS
SM
MD
LG