Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:48

«Mən polisləri cəzalandırmağı qadağan etdim»


İlham Əliyev: «2005-ci ildə parlament seçkiləri ərəfəsində polisin qətiyyəti öz sözünü dedi»
İlham Əliyev: «2005-ci ildə parlament seçkiləri ərəfəsində polisin qətiyyəti öz sözünü dedi»

«2005-ci ildə parlament seçkiləri ərəfəsində bəzi qüvvələr ölkədə hakimiyyəti devirmək istəyəndə polisin qətiyyəti öz sözünü dedi». Prezident İlham Əliyev bu fikirləri iyulun 2-də Polis Akademiyasında Azərbaycan polisinin 89 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, 2005-ci il seçkiləri ərəfəsində «bəzi cinayətkar ünsürlər korrupsiyalaşmış məmurların və xaricdəki müəyyən qüvvələrin maliyyə dəstəyi ilə Azərbaycandakı qanuni hakimiyyəti dəyişmək istəyiblər», lakin bu cəhdlərin qarşısı alınıb.


«Bu planlar həm ölkə daxilində, həm də xaricdə müzakirə edilib. Biz bu planlar haqqında bilirdik. Lakin xalqın və hakimiyyətin birliyi bu cür planların qarşısını layiqincə almağa imkan verdi.


Bundan sonra bəzi ölkələr və xarici təşkilatlar zorakılıqda ittiham edilən polislərin cəzalandırılmasını tələb edirdilər. Lakin, mən dedim ki, heç kim cəzalandırılmayacaq. Ona görə ki, onlar öz vəzifələrini yerinə yetiriblər. Mən bu gün də polisi dəstəkləyirəm»,-deyə İlham Əliyev bildirib.


İlham Əliyev həmçinin polisin maddi-texniki bazasını möhkəmləndirməyə və onların bütün sosial problemlərini həll etməyə söz verib.


Dövlət başçısı qeyd edib ki, 2005-ci ildə Azərbaycanda dövlət çevrilişi olsaydı, ölkədə iqtisadi inkişaf baş verməzdi: «Təsəvvür edin ki, onların planları baş tutsaydı, nə cür böhran baş verərdi». Prezidentin sözlərinə görə, dövlət çevrilişi olsaydı, xarici investorlar Bakı-Tbilisi-Ceyhan layihəsinə yaxın durmazdılar.


XS
SM
MD
LG