Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:03

Gürcüstan jurnalistin qətlində şübhəli bilinənləri verməkdən imtina edib


Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin qarşısında odlu silahdan qətlə yetirilib
Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin qarşısında odlu silahdan qətlə yetirilib

Gürcüstan tərəfi «Monitor» jurnalının baş redaktoru ELmar Hüseynovun qətlində şübhəli bilinən şəxslərin Azərbaycana ekstradisiya olunmasından imtina edir. Gürcüstan Baş Prokurorluğundan deyirlər ki, onlar azərbaycanlı həmkarlarına bu işin istintaqında istənilən yardımı göstərməyə hazırdırlar. Amma bu günlərdə Tbilisidə olmuş Azərbaycan əməliyyatçıları iki şübhəlinin onlara verilməsi ilə bağlı yetərincə dəlil-sübut təqdim edə bilməyiblər.


Azərbaycanda istintaqı aparan Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev Gürcüstan Prokurorluğundan deyilənlərə münasibət bildirməyib. O, «Azadlıq» radiosuna bildirib ki, istintaq davam etdiyi üçün deyilənlərə şərh verilmir.


Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin qarşısında odlu silahdan qətlə yetirilib. Onun qətlində şübhəli bilinən iki nəfər - Tahir Xubanov və Teymuraz Əliyev əslən azərbaycanlı Gürcüstan vətəndaşlarıdır. Elmar Hüseynovun qətlindən sonra onlar axtarışdadır. Ötən həftə Azərbaycan hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşı Gürcüstanda olub.


Kütləvi qətllərdə və çoxsaylı adam oğurluğunda ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmiş DİN-in sabiq əməkdaşı Hacı Məmmədov isə ötən il məhkəmə iclasında bildirib ki, Elmar Hüseynovu onun dəstəsi sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin göstərişi ilə qətlə yetirib. Dövlət əmlakını mənimsəməkdə ittiham olunan Fərhad Əliyev isə deyilənləri təkzib edib.


XS
SM
MD
LG