Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:52

Səid Dadaşbəyli məhkəmədə ittihamları rədd edib


Ənvər Seyidovun sədrlik etdiyi məhkəmə iclası qapalı keçirilir
Ənvər Seyidovun sədrlik etdiyi məhkəmə iclası qapalı keçirilir

Oktyabrın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət çevrilişinə cəhddə, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, qanunsuz silah və narkotik saxlamaqda ittiham olunan Səid Dadaşbəyli və daha 15 nəfərin məhkəmə prosesi başlanıb. Məhkəmə qapalı keçirilir. Hakim Ənvər Seyidov bunu qonşu dövlətlə münasibətləri korlamamaq istəyilə bağlayıb.


İstintaqın qrupun rəhbəri kimi təqdim etdiyi Səid Dadaşbəyli məhkəmədə ifadə verib, ona qarşı irəli sürülən ittihamları rədd edib. Bu haqda «Azadlıq» radiosuna onun vəkili Elçin Qəmbərov məlumat verib. Səid Dadaşbəyli dövlət çevrilişi etmək niyyəti olmadığını, başçılıq etdiyi icmanın sadəcə, imkansızlara əl tutmaq istəyində olduğunu bildirib. Elçin Qəmbərov: «İrəli sürülən ittihamların arxasında sübut-dəlil yoxdur. Məhkəmənin qapalı keçirilməsi də özlərini biabır etməmək üçündür. Səid Dadaşbəyli hansısa dövlət və ya quruluş əleyhinə çıxmadığın, kəşfiyyat və ya xüsusi xidmət orqanı ilə əlaqəsi haqda deyilənlərin isə istintaqın quraması olduğunu deyir».


Vəkil iddia edir ki, müdafiə etdiyi şəxs İranpərəst qrupların mənafeyinə toxunduğu üçün həbs edilib.


Səid Dadaşbəylinin anası Qətibə xanım isə «Azadlıq» radiosuna bildirib ki, oğluna qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir. Ana oğlunun həmişə xeyriyyəçiliklə məşğul olduğunu və Azərbaycan dövlətinə qarşı heç vaxt çıxmadığını söyləyir. O, bildirir ki, oğlu həbsdə olduğu müddətdə ona işgəncə verilib və fiziki təzyiqlər hesabına ifadə alınıb. Qətibə xanım deyir ki, yalnız İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov Səid Dadaşbəyliyə baş çəkəndən sonra təzyiqlərə son qoyulub.


Təqsirləndirilən digər şəxs Rasim Kərimovun anası da istintaqın heç bir şahid və ya dəlili-sübut tapmadığını bildirir.


Məhkəmə prosesi davam edir.


XS
SM
MD
LG