Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:43

«Küçədir məskənim, küçədə qalasıyam?»


«Action İnternational»ın yaydığı məlumata görə, dünyada 100 milyon küçə uşağı var
«Action İnternational»ın yaydığı məlumata görə, dünyada 100 milyon küçə uşağı var

«16 yaşlı Elşən Abdullayev şəhər küçələrində harasa tələsən adamların qabağında əl açıb dilənən uşaqları görəndə gözləri dolur. Yadına 8 il əvvəl - 6-8 yaşındaykən küçədə keçirdiyi günlər, öz dilənçilik həyatı düşür. O, körpə vaxtından həyatın hər çətinliyini görüb-dadıb». Bu yeniyetmə barədə «Gün səhər» qəzeti məqalə yazıb.


«Elşənin dediyinə görə, evlərini satandan sonra Pirallahıda kirayədə yaşayıblar. Ancaq bir gün kirayə haqqını vermə bilmədiklərindən, nənəsi, anası, bacısı və özü küçədə qalıblar. Atası isə həmin gündən yoxa çıxıb. Elşən deyir ki, hamısı «28 may» tərəfdə uçuq-sökük, kimsəsiz bir tikiliyə yerləşib: «Anam xəstə idi. Mən dilənçilik edir, ailəyə çörəkpulu qazanırdım».


Lakin onun «Ümid yeri» təşkilatının nümayəndəsi ilə təsadüfən qarşılaşması onu küçə həyatından xilas edib. Hazırda 8 ildir Elşənin ümid və yaşayış yeri «Ümid yeri»dir.


Məqalədə deyilir ki, «Action İnternational»ın yaydığı məlumata görə, dünyada 100 milyon küçə uşağı var. Proqnozlara görə, 2020-ci ilə qədər onların sayı 800 milyon olacaq. BMT-nin hesablamalarına görə, bu cür uşaqların sayı 150 milyon, UNESKO-nun hesablamalarına görə isə, 100 milyondur.


İqtidaryönly «Səs» qəzeti yazır ki, «İlham Əliyev Azərbaycanın nüfuzlu lideridir.


Dövlət başçısının «İlin adamı» mükafatına layiq görülməsi bir daha cəmiyyətin öz prezidentinə hədsiz etimadını nümayiş etdirdi».


Qəzet yazır: «Millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır».


«YAP maliyyə hesabatı verməyən partiyaların qeydiyyatının ləğvini istəyir». «Ekspress» yazır ki, bunu YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.


Mirzəzadə deyib ki, YAP yarandığı gündən qanunun tələblərinə uyğun olaraq, vaxtaşırı cəmiyyətə maliyyə hesabatı verir. Ancaq bunu digər partiyalar haqqında demək olmaz. «Əgər siyasi partiyanın lideri heç bir işdə çalışmırsa, ancaq partiya işi ilə məşğul olursa, qərargahda bir neçə insan çalışırsa, partiyanın qəzeti çıxırsa, partiyanın funksionerləri vaxtaşırı tədbirlərdə iştirak edirlərsə, bütün bunlar onu göstərir ki, o partiyanın müəyyən maliyyəsi var. Həmin maliyyənin hesabatını verməlidirlər».


XS
SM
MD
LG