Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:31

Haaqada Xocalı faciəsinə abidə ucaldılacaq


Xocalıda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər qətlə yetirilib
Xocalıda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər qətlə yetirilib

Fevralın 24-də Hollandiyanın Haaqa şəhərində Xocalı faciəsinə həsr olunmuş abidənin açılışı olacaq. «Kamperfoeliestraat» parkında qoyulan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin layihəsidir.


Bu barədə «Azadlıq» radiosuna Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat daxil olub. Belə bir abidənin qoyulmasının məqsədi Xocalı faciəsini Hollandiya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.


Abidədə güllədən qorunmaq üçün körpəsini başının üzərinə qaldıran ana təsvir olunub. Abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı sahədə gül-çiçək bağı salınacaq.


Bu, Xocalı faciəsi ilə bağlı Azərbaycandan kənarda ucaldılacaq ilk abidədir.


1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Mühasirəyə alınan şəhərdə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Bundan əlavə 487 nəfər yaranıb, 1275 Xocalı sakini əsir, 150 nəfər isə itkin düşüb.


XS
SM
MD
LG