Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:19

Elçibəyin 70 illik yubileyinin keçirilməsi təklif edilir


Elçibəy 2000-ci il avqustun 21-də vəfat edib
Elçibəy 2000-ci il avqustun 21-də vəfat edib

Böyük Quruluş Partiyası (BQP) keçmiş prezident Əbülfəz Elçibəyin 70 illik yubileyinin keçirilməsi ilə bağlı siyasi partiyalara müraciət edib.


Bu barədə «Azadlıq» radiosuna BQP sədri, deputat Fazil Qəzənfəroğlu məlumat verib. O, deyib ki, Azərbaycanın müstəqillik qazanmasında müstəsna xidmətləri olan və ölkənin demokratik prezidentlərindən sayılan mərhum Əbülfəz Elçibəyin 70 illik yubileyi yaxınlaşsa da, hakimiyyət bununla bağlı heç bir iş görmür.


Müraciətdə Elçibəyin yubileyinin keçirilməsi üçün işçi qrupun yaradılması təklif edilir. Fazil Qəzənfəroğlu deyir ki, partiya sədrlərinin və bir sıra nüfuzlu ziyalıların toplanacağı işçi qrup yubiley ərəfəsində «Elçibəy həftəliyi» elan edə bilər. Həftə ərzində isə sabiq prezidentlə bağlı ən müxtəlif tədbirlər keçirilməsi çox vacibdir.


Qəzənfəroğlu hesab edir ki, yubileyin təşkili həm mili azadlıq hərəkatında xidmətləri olan siyasi qüvvələrin öz borclarını yerinə yetirmək, həm də Elçibəyi unutdurmağa çalışan hakimiyyəti utandırmaq baxımından da əhəmiyyətlidir.


Əbülfəz Elçibəy (Əliyev) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində doğulub. O, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarındandır. 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib. Ancaq 1993-ci ilin qiyamından sonra Bakını tərk edərək doğulduğu Kələki kəndinə gedib. 1997-ci ilə qədər orada yaşamağa məcbur olub. 1997-ci ildə Bakıya dönüşünə icazə verilən Elçibəy 2000-ci il avqustun 21-də vəfat edib.


XS
SM
MD
LG