Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:25

Hər kəs 100 il yaşamasa…


Yüz yaşlı insanların əksəriyyəti İtaliyanın Sardiniya adasında yaşayır
Yüz yaşlı insanların əksəriyyəti İtaliyanın Sardiniya adasında yaşayır

Uzunömürlüyün sirlərini öyrənmək istəyənlər amerikalı tədqiqatçı Dan Buettnerin yeni kitabını əldə etməyə tələssinlər.


Dan Buettner yeddi ildir ki, uzunömürlü, sağlam insanların yaşadığı ölkələri səyahət edib. «Göy Zona: Ən uzun ömür sürmüş insanlardan çox yaşamaq dərsləri» adlı yeni kitabında səyahəti zamanı rastlaşdığı insanları təsvir edib.


Amerikalı tədqiqatçının fokusa aldığı dörd yerdən hər biri dünyanın müxtəlif hissəsində yerləşsə də, onları birləşdirən ümumi xüsusiyyət var – yüz yaşına çatmış və 65 yaşında kifayət qədər sağlam olan insanların çoxluğu.
Sən demə dünyada yüz yaşına çatmış insanların əksəriyyəti İtaliyanın Sardiniya adasında yaşayanlardır. Kaliforniyada-Loma Linda şəhərində yaşayan qadınlar Amerikanın digər qadınları ilə müqayisədə 9 il, kişilər isə 11 il daha uzunömürlüdürlər. Lomo Linda icmasının xüsusiyyəti odur ki, insanların əksəriyyəti Mormon təriqətinə inananlardır. Çoxarvadlığı buyuran bu təriqətə görə qadınlar ərlərinə tam tabe olmalıdırlar.
Dünyada orta yaşlı insanlar arasında ölüm hallarının ən aşağı olduğu yer isə Kosta Rikadakı Nikoya yarımadasıdır. Buettner bu yerlərdə nə kimi həyat tərzinin mövcud olduğunu da araşdırıb.
Dil, milli mədəniyyət və iqtisadi inkişafın səviyyəsi fərqli olsa da dörd yerdən olan insanların hər biri eyni həyat tərzinə malikdir. Onların hər biri hər gün az gərginlikli fiziki işlə məşğul olur, çox az miqdarda ət və əsasən bitki yeməkləri yeyirlər. Dostları və ailələri ilə yaxşı münasibətdən həzz alırlar. Və hiss edirlər ki, həyatda məqsədləri var.


Buettnerə görə, hər səhər nəyə görə oyandığını bilməyən insanlar bunu bilənlərdən 7-8 il az yaşayırlar.


XS
SM
MD
LG