Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:34

Aqil Xəlilin məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarılıb


Aqil Xəlil iddia edir ki, Strekalinin günahı yoxdur və ona başqası basqın edib
Aqil Xəlil iddia edir ki, Strekalinin günahı yoxdur və ona başqası basqın edib

İyulun 1-də Nəsimi rayon məhkəməsində «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə basqın haqqında iş üzrə iclas davam edib. Müttəhimlər kürsüsündə martın 13-də jurnalistə bıçaq yarası vurmaqda ittiham olunan Sergey Strekalin əyləşib. Əvvəl də olduğu kimi, zərərçəkmiş özü iclasa gəlməyib. O, iddia edir ki, Strekalinin günahı yoxdur və ona başqası basqın edib.


Prokuror Eldar Həmzəyev bildirib ki, ilkin istintaqda Aqil Xəlil «çox ciddi ifadələr verib və məhkəməyə gətirilməlidir». Prokurorun sözlərinə görə, qanunvericilik şahidin məhkəməyə məcburi gətirilməsinə yol verir. Lakin jurnalistin vəkili Elçin Sadıqov deyir ki, Strekalinin jurnalistə basqın etməyib və onun müdafiə etdiyi şəxs prosesdə iştirakdan imtina edir.


Sergey Strekalin və onun vəkili Akif Məhərrəmov da Aqil Xəlilin prosesə gətirilməsində təkid ediblər. Müşavirədən sonra hakim Şahin Abdullayev Aqil Xəlilin prosesə məcburi gətirilməsi haqda qərar çıxarıb. Hakim öz qərarını onunla əsaslandırıb ki, jurnalistin prosesdə iştirakı «işin obyektiv araşdırılmasına» kömək edəcək. Nəsimi rayon polisinə Aqil Xəlilin məhkəməyə gətirilməsini təmin etmək tapşırılıb. Növbəti iclas iyul 3-nə təyini olunub. (Turan)


«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin həyatına iki dəfə qəsd edilib, o, ürək nahiyəsindən bıçaqlanıb. Jurnalist bunun peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.


XS
SM
MD
LG