Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:54

Özbəkistanda «Azadlıq» radiosuna qarşı təzyiqlər davam edir


Beynəlxalq birlik «Azadlıq» radiosuna qarşı təzyiqlərdən narahatdır
Beynəlxalq birlik «Azadlıq» radiosuna qarşı təzyiqlərdən narahatdır

Özbəkistanda hakimiyyətin «Azadlıq» radiosuna qarşı gözdənsalma kampaniyası davam edir. İyulun birində Şərq TV televiziya kanalında özbək dilində yayımlanan «Ozodlık» radiosunu əhali arasında hörmətdən salmaq məqsədilə Namanqan rayonu qubernatorunun ofisində keçirilən dəyirmi masa barədə reportaj verilib. Orada aparıcı deyib ki, «Ozodlik» radiosunun ideoloji təhlükəsi haqda əhalinin agah edilməsi onun təsirinə qarşı mübarizədə müstəsna əhəmiyyət daşıyır.


Reportajda həmçinin qeyd edilib ki, bir hakimiyyət yönümlü partiyada yalan xəbərlər yayan «Ozodlik» radiosuzuna qarşı əks strategiya işlənib hazırlanır. Həmin partiyanın üzvü verilişdə deyib:


«Biz «Ozodlik» radiosu jurnalistlərinin söz azadlığından necə sui-istifadə etmələrinin şahidi oluruq. Dəyirmi masada biz siyasi partiyalar, qeyri-hökumət təşkilatları və məhəllə şuraları üçün milli ideologiyanın formalaşması və ideoloji vakuumu dolduracaq tədbirlər haqda razılığa gəlmişik».


Radionun müxbirləri həmçinin öyrəniblər ki, Daşkənddən bütün rayon rəhbərlərinə oxşar dəyirmi masalar keçirərək «Ozodlik» radiosunu pisləmək tapşırılıb.


Ötən ay isə Daşkənddə və eləcədə Fərqanə vadisində nümayiş etdirilən televiziya verilişində radionun işçiləri jurnalist etikasını pozmaq və dövlət əleyhinə fəaliyyətlərlə məşğul olmaqda günahlandırılıb.


Özbəkistanda Azad Avropa və Azadlıq radiosuna qarşı həmin kampaniya vaxt etibarilə Avropa Birliyi nümayəndə heyətinin Özbəkistanla insan haqları barədə danışıqları ilə üst-üstə düşüb.


Aprel ayında isə Avropa Birliyi 2005-ci ildə Əndican şəhərində dinc nümayiş hökumət qoşunları tərəfindən gülləboran edildikdən sonra Özbəkistana tətbiq edilən sanksiyaları dondurmağı qərara aldı.


Birliyin xarici əlaqələr üzrə komissarının sözçüsü xanım Kristian Hohmann radioya müsahibəsində deyib ki, Avropa birliyi Özbəkistan hökumətindən gözlədiyi insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmağın yolları haqda müzakirələr aparıb və o cümədən söz azadlığı sahəsində:


«Avropa birliyi ilə Özbəkistan arasında dialoq davam edir. Yəqin xəbəriniz var ki, yazda biz Özbəkistana tətbiq edilən məhdudiyyətləri müvəqqəti dayandırmışdıq ki, onun tərəqqi nümayiş etdirməyə imkanı olsun. Amma yay aylarının sonuna qədər həmin məsələ yenidən götür-qoy ediləcək».


Özbək mediasında «Ozodlik»a qarşı aparılan kampaniya Human Rights Watch hüquq müdafiə təşkilatını ciddi həyəcana gətirib. Bəyanatında təşkilat beynəlxalq birliyi insan haqlarına hörmət etməsi üçün Özbəkistan hökumətinə təzyiqlərini gücləndirməyə çağırıb. Beynəlxalq Böhran Qrupunun media direktoru Edrü Ştrölaynın dediyinə görə isə


həmin mütəşəkkil kampaniya dolayısı ilə ona işarə edir ki, Özbəkistan hökuməti Azad Avropa və Azadlıq radiolarının Özbəkistan əhalisi arasında nüfuzundan olduqca narahatdır.


XS
SM
MD
LG