Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:03

Sabiq nazir hakimi məhkəməyə verməyə hazırlaşır


Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib
Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib

Fərhad Əliyev Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovu məhkəməyə verməyə hazırlaşır. Bunu «Azadlıq» radiosuna sabiq İqtisadi İnkişaf nazirinin vəkili İsaxan Aşurov bildirib.


O deyib ki, Apelyasiya Məhkəməsinin qərarı iyulun 16-da elan olunmasına baxmayaraq, hökmün icrası üçün heç bir tədbir görülməyib. Hakim qərarın özünü və çıxarışını istintaq təcridxanasına göndərməyib, buna görə də F.Əliyev bir həftəyə yaxındır ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.


«Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasına dair qərar verdi. Bu qərara görə F.Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası saxlanıldı. Lakin o, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Buna baxmayaraq, hakim bu qərarından çıxarışı və qərarı göndərmədiyindən, hökm indiyəcən yerinə yetirilməyib. Bu isə ciddi qanun pozuntusudur».


F.Əliyev bir sıra iqtisadi və vəzifə cinayətlərində ittiham olunur, 10 il müddətinə azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG