Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:56

ABŞ Dövlət Katibliyi Bəxtiyar Hacıyevlə pis rəftar olunub-olunmamasını araşdırır


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
ABŞ Dövlət katibi Hillari Klintona həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevlə bağlı müraciət edən senatora cavab gəlib.

Bir müddət öncə ABŞ senatoru Mark Kirkin H. Klintonu Azərbaycanın insan haqları sahəsində beynəlxalq standartlara əməl etməsi üçün çağırışlarını davam etməyə səsləmişdi .Orada Dövlət katibindən B. Hacıyevə qarşı pis rəftarla bağlı ittihamların araşdırılması istənilirdi.

Dövlət Katibliyinin Qanunvericilik İşləri üzrə katib əvəzi Cozef MakManus senatora cavabında qeyd edib ki, B. Hacıyevin işi ilə bağlı narahatlığı bölüşür və ciddiliklə ona qarşı pis rəftara aid ittihamlar araşdırılır:

«Biz Azərbaycan hökumətini bu məsələyə cəlb etmək üçün təcili addımlar atmışıq. Biz başa düşdük ki, cənab Hacıyev hal-hazırda hərbi xidmətdən yayınma ittihamı ilə məhkəmə öncəsi bir aylıq həbsdə saxlanır. Azərbaycan Ombudsmanı və vəkillərinin verdikləri məlumata əsasən, cənab Hacıyevdə pis rəftarın əlamətləri müşahidə edilib. Lakin onlar işgəncənin əlaməti deyil. Biz səlahiyyətli şəxslərə bu ciddi ittihamları araşdırmaları üçün təzyiqləri davam etdirəcəyik».

Gənc fəal B. Hacıyev barəsində seçilən 1 aylıq həbs-qətimkan tədbiri aprelin 4-də başa çatsa da, məhkəmə bir neçə dəfə bu müddəti artırıb. Aprelin 19-da onun işi üzrə hazırlıq iclası davam edəcək.

B. Hacıyev barəsində yanvarın 24-də Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

2 saylı İstintaq Təcridxanasında saxlanan B. Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 1 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Gəncə şəhərini tərk etməmək barədə iltizamnamənin qaydalarını pozmaqda təqsirləndirilib.
XS
SM
MD
LG