Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:45

Bakı Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni əhaliyə yardım imkanının mümkünlüyünü bildirir


Xankəndi, 20 yanvar 2023
Xankəndi, 20 yanvar 2023

Bakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə Qarabağdakı erməni sakinlərə yardım göstərmək imkanının mövcud olduğunu bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin iyunun 24-də yaydığı məlumatda qeyd olunur ki, belə bir məsələ nazir Ceyhun Bayramovla BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Draqana Kojiçin görüşündə səsləndirilib.

Qeyd olunur ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub.

Məlumatda vurğulanır ki, nazir aprelin 23-dən (keçid-buraxılış məntəqəsinin aıldığı gün) iyunun 15-dək (Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, iyunun 15-də məntəqə Ermənistan tərəfdən atəşə tutulub və bir Azərbaycan sərhədçisi yaralanıb ) keçid məntəqəsi şəffaf və təhlükəsiz fəaliyyət göstərib, erməni sakinlərlə sərhədçilər arasında normal ünsiyyət formalaşıb.

"...bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib" -açıqlamada deyilir.

XİN-in yaydığı məlumatda vurğulanır ki, görüşdə nazir baş verən hadisə ilə müvafiq tədbirlər görüldüyünü bildirib. Xəbərə görə, nazir həm də Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

O da vurğulanır ki, BQXK nümayəndəsi ilə görüşdə nazir Azərbaycanın Komitə vastəsi ilə erməni sakinlərin sərhəd məntəqəsindən zəruri tibbi ləvazimatların təchizatna imkan yaratmağa hazır olduğunu bildirib.

Sakinlərin digər ehtiyaclarına gəlincə, görüşdə "Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib."-XİN-in mətbuat xidmətinin yaydığı məlumatda vurğulanır.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) iyunun 15-də Laçında, Azərbaycan-Ermənistan sərhəddindəki keçid buraxılış məntəqəsinin Ermənistan tərəfindən atəşə tutulduğunu bildirib.

Məlumata görə, iyunun 15-i, saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində buraxılış məntəqəsində xidmət aparan DSX hərbi qulluqçusu yaralanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) isə bildirib ki, iyunun 15-də saat 08:40 radələrində Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusu Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Həkəri körpüsünə doğru hərəkət etməyə cəhd göstərib. Xidmətin bu cəhdin qarşısının alındığını bildirib.

Azərbaycan tərəfi isə bayrağın Azərbaycan ərazisində asıldığını bildirir.

Azərbaycan Ermənistanla sərhəddə Laçın sərhəd-keçid məntəqəsini bu ilin aprelində quraşdırıb. Ermənistan tərəfi isə bu addımı 2020-ci il üçtərəfli razılaşmaya (Azərbaycan, Ermənistan və Rusiya arasında) zidd sayıb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG