Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:12

Aİ və NATO arasında strateji partnyorluq bəyannaməsi imzalanıb


Avropa İttifaqının rəhbərləri Ursula von der Leyen və Şarl Mişel, NATO-nun baş katibi Yens Stoltenberqlə mətbuat konfransında
Avropa İttifaqının rəhbərləri Ursula von der Leyen və Şarl Mişel, NATO-nun baş katibi Yens Stoltenberqlə mətbuat konfransında

Avropa İttifaqının və NATO-nun rəhbərləri yanvarın 10-da sayca üçüncü strateji partnyorluq bəyannaməsi imzalayıblar.

İlk belə bəyannamə 2016-cı ildə, ikinci sənəd isə ondan iki il sonra imzalanıb.

Hazırkı sənəd Rusiyanın Uklraynaya hərbi müdaxiləsindən bəri imzalanmış ilk strateji bəyannamə olub.

Bu səbəbdən də bu bəyannamədə müharibə ilə bağlı bir sıra reallıqlar yer alıb.

NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bəyannamənin imzalanma mərasimində deyib ki, Rusiya “Avropadakı təhlükəsizlik nizamını dəyişmək və bütün qonşuları üzərində nəzarətə sahiblənməyə” çalışır:

“Prezident Vladimir Putin Ukraynanı üç günə zəbt etmək və bizi parçalamaq istəyirdi, lakin o hər iki məsələdə iflasa uğradı”.

Stoltenberqin sözlərinə görə Aİ və NATO arasında transatlantik bağlar da daxil partnyorluğu genişləndirmək, habelə Ukraynanya dəstəyi gücləndirmək lazımdır.

NATO-nun baş katibi hesab etdiyini bildirib ki, Putin Ukraynadakı məqsədlərindən əl çəkməyib və buna görə də müttəfiqlər “uzun sürən müharibəyə” hazır olmalıdırlar.

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına 'yox' dedi
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Ukraynaya tanklar veriləcəyinə dair heç nə deyilmir

Avropa İttifaqının rəhbərləri Ursula von der LeyenŞarl Mişel burada keçirlən mətbuat konfransında deyiblər ki, “Ukraynanın bütün zəruri silahları” alması üçün mümkün olan hər şeyi etmək lazımdır.

Lakin onlar Ukraynaya tankların veriləcəyinə dair konkret heç nə deməyiblər.

Hazırda bu məsələ müxtəlif paytaxtlarda ciddi müzakirə olunur.

Birgə bəyannamədə deyilir ki, tərəflər habelə kibertəhlükəsizlik, hibrid hücumlar və terrorizm hədələrinə qarşı mübarizədə əməkdaşlığa hazırdırlar.

Avropa İttifaqı ölkələrinin əksəriyyəti eyni zamanda həm də NATO üzvüdürlər.

Lakin şimal alyansında qərarların qəbul edilməsində ABŞ, Britaniya və Türkiyə kimi qeyri-ittifaq ölkələri əsas rol oynayırlar.

Aİ ölkələri arasında Avstriya hələ də neytralitetə riayət edir. Son vaxtlara qədər İsveç və Finlandiya da belə mövqe tutmuşdular, lakin onlar Ukraynaya müdaxilə başlanan kimi alyans üzvlüyü üçün rəsmi müraciət ediblər.

XS
SM
MD
LG