Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:50

Əkrəm Əylisli saxlanması haqda danışdı


Əkrəm Əylisli
Əkrəm Əylisli

►"Sivil dövlət olduğumuza dünyanı inandırmaq üçün bizim bundan savayı yolumuz yoxdur"

Xarici pasportu alınıb və geri qaytarılmayıb

Yazıçı Əkrəm Əylisliyə qarşı xuliqanlığa (Cinayət Məcəlləsinin 221.1-ci maddəsi) görə cinayət işi açılıb. Bu haqda yazıçının oğlu Nəcəf Naibov məlumat verib.

Əkrəm Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.

Bundan əvvəl Ə.Əylisli Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılmasının detallarını APA-ya açıqlayıb.

O bildirib ki, hava limanında saxlanılarkən münaqişə yaratmayıb:

“Ömrümün ən azı 60 ilini yazıçı həyatı yaşamışam. Bundan sonrakı həyatımın kiçicik parçasını da yazıçı kimi yaşamaq istəyirəm. Aeroportda mənimlə bağlı baş verən hadisənin nəyə və kimə lazım olduğunu anlamaqda çətinlik çəkirəm. Aeroportun polis idarəsində məntiqsiz və mənasız izahat yazıldığının şahidi oldum. Amma bu üsullar artıq köhnəlib. Bu izahat, söz yox ki, məni yolumdan saxlamaq istəyənlərin özlərinə haqq qazandırmaq məqsədi daşıyır".

Ə. Əylisli hər kəsi bir-birinə inanmağa və qorumağa çağırıb:

"Sivil dövlət olduğumuza dünyanı inandırmaq üçün bizim bundan savayı yolumuz yoxdur. Sovet dövründə və ondan sonrakı dövrdə neçə-neçə beynəlxalq tədbirdə Azərbaycanı ləyaqətlə təmsil etmişəm. İndi bu missiyadan nəyə görə məhrum edilməliyəm? Buna heç bir səbəb tapa bilmirəm. Əgər bu olanlar “Daş yuxular”la bağlıdırsa, o əsər artıq siyasi kontekstdən çıxıb, ədəbi taleyini yaşayır”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ə. Əylisli əlavə edib ki, rəsmi məlumatda göstərilənlər təyyarə yola düşdükdən sonra olub:

“Əgər mən hər hansı nalayiq hərəkət etmiş olsaydım, o kameralarda əks olunmalı idi. Ona görə də bizi ayrı otağa apardılar, guya mən kamera olmayan yerdə münaqişə yaratmışam. Mənə izahatı göstərdilər. Aeroportun növbə rəisi izahatında göstərib ki, mən onu vurmuşam, yumruğun yeri qaralıb və bununla bağlı ekspertizanın rəyi də var".

Dinlə: Əkrəm Əylislinin tərəfini saxlayanlar və əleyhinə olanlar bir arada Pen Klubda

​Yazıçı əlavə edib ki, saxlanılarkən xarici pasportu alınıb və geri qaytarılmayıb.

Qeyd edək ki, dünən yazıçı Ə. Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan MansurzadəAPA-nın sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Yazıçı axşam saatlarında sərbəst buraxılıb.

Əkrəm Əylisli "Daş yuxular" romanını anladır (Video)

XS
SM
MD
LG