Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:51

'Əliyev Trump-ın sözləri ilə bağlı nəticə çıxartmaqda tələsib' [video]


İlham Əliyev Trumpun çıxışından nə nəticə çıxarır?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

İlham Əliyev Trumpun çıxışından nə nəticə çıxarır? [A-Live]

ABŞ-la Azərbaycanın münasibətləri yeni müstəviyə keçirmi? ABŞ üçün insan haqları indiyə qədər iddia etdiyi kimi prioritet məsələ olmayacaqmı?

Prezident İlham Əliyev 28 May - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda deyib ki, Amerikanın siyasəti dəyişir.

Əliyev amerikalı həmkarı Donald Trump-ın Səudiyyə Ərəbistanının paytaxtı Riyadda, mayın 21-də, 50-ə qədər müsəlman ölkəsi liderinin qarşısındakı çıxışını misal gətirib. O, Trump-a istinadla deyib ki, ABŞ bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq.

Buna da bax:​ İlham Əliyev: ‘Görün, Azərbaycan nə qədər inkişaf edib...’

"Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir.

Ümid edirəm ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq və bizim işimizə qarışma cəhdləri aradan götürüləcək”.

28 May – Respublika Günü münasibətilə rəsmi qəbul. 26 may 2017
28 May – Respublika Günü münasibətilə rəsmi qəbul. 26 may 2017

Əliyev deyib ki, onsuz da bu ildən başlayaraq yeni Amerika rəhbərliyi bu müdaxilələrin təzahürlərini yavaş-yavaş aradan götürür.

Trump Riyaddakı çıxışında deyib ki, müsəlman ölkələrinə ağıl verməyə, insanlara necə yaşamağı öyrətməyə gəlməyib - onlar ortaq maraqlar və dəyərlər çərçivəsində əməkdaşlıq təklifi üçün gəliblər.

Vaşinqtonda, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Əliyev hakimiyyətinin tənqidçilərindən olan Richard Kauzlarich deyir ki, ABŞ-ın heç bir lideri Azərbaycanın daxili işinə qarışmayıb, insan haqları universal dəyər olduğu üçün bu haqda danışıb.

Buna da bax:​ Donald Trump: ‘Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır’

Richard Kauzlarich
Richard Kauzlarich

Kauzlarichin fikrincə, Əliyev Trump hakimiyyətinin mahiyyəti ilə bağlı nəticə çıxartmaqda tələsib:

"Prezident Trump-ın Səudiyyə Ərəbistanındakı çıxışının hansı nəticələri olacağını demək çətindir, amma məncə, Azərbaycan hakimiyyəti düşünməsin ki, istədiklərini edəcəklər: mediaya basqı göstərəcəklər, söz azadlığını repressiya edəcəklər, QHT-lərə təzyiqlər edəcəklər, bunun üçün onlara yaşıl işıq yandırılıb. Bu administrasiyanın siyasətini analiz etmək tezdir. Bizim hələ Avropa siyasəti üzrə dövlət departamenti rəhbərinin yardımçısına daimi təyinat edilməyib. Amma indiyə qədərki davranışlardan belə nəticə çıxartmaq olar ki, Trump administrasiyası insan haqları ilə bağlı Obama administrasiyasından fərqli davranmır”.

Kauzlarich yada salır ki, Dövlət Departamenti Azərbaycanda insan haqlarının durumu ilə bağlı son vaxtlar iki bəyanat verib.

Buna da bax: Richard Kauzlarich: ‘Azərbaycan 40-cı illərin Argentinasını xatırladır’

Amma demokratiyadan daha önəmli olması barədə yozuma əsas verən yalnız Trump-ın çıxışı deyil.

Mayın 3-də ABŞ dövlət katibi Rex Tillerson Dövlət Departamentində çıxışında demişdi ki, ABŞ üçün prioritet olan milli təhlükəsizlik və iqtisadi rifahdır.

Bəzi ABŞ institutları bunu Amerikanın diplomatiyada “əlvida” deməsi kimi yozmuşdu.

Tellerson demişdi:

“Bizimlə ünsiyyətdə olan hər bir ölkədə, hər bir regionda bizim milli təhlükəsizlik maraqlarımızın, bizim iqtisadi maraqlarımızın nə olduğunu anlamalıyıq. Sonra biz öz dəyərlərimizi yaymalıyıq, inkişaf etdirməliyik”.

Buna da bax:​ Dövlət Departamentində iftar verilməyəcək

Tillerson demişdi ki, ABŞ öz dəyərlərini qəbul etməyi şərt kimi qoyanda, bu, milli təhlükəsizik, iqtisadi maraqlar üçün maneə yaradır. “Amma bu o demək deyil ki, ABŞ öz dəyərlərini yaymaqdan imtina edəcək”, – Tillerson demişdi.

Elxan Mehdiyev
Elxan Mehdiyev

Bakıda, “Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin direktoru Elxan Mehdiyev deyir ki, Tillersonun və Trump-ın çıxışlarını nəzərə alanda, İlham Əliyev doğru nəticə çıxarıb:

“Trump üçün Amerikanın təhlükəsizliyi daha önə çıxacaq”.

İndiyə qədər ABŞ liderləri Azərbaycanla əməkdaşlığında üç məqamı qabardırdı: təhlükəsizlik, enerji əməkdaşlığı və insan haqları. ABŞ Dövlət Departamenti sonuncu insan haqları hesabatında Azərbaycanda insan haqlarının pozulduğunu göstərib, Əliyev hakimiyyət üzvləri bu tənqidlərlə razılaşmadıqlarını bildiriblər.

XS
SM
MD
LG