Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:42

Əliyevlə görüşən Mogheriniyə daha bir çağırış


Human Rights Watch təşkilatından Philippe Dam
Human Rights Watch təşkilatından Philippe Dam

Human Rights Watch insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə təşviqat direktoru Philippe Dam Federica Mogherini-yə müraciət edib

Human Rights Watch insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə təşviqat direktoru Philippe Dam, Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini-nin Azərbaycana səfərinə həsr olunmuş məqalə ilə çıxış edib.

Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini
Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini

“Azərbaycan Avropa İttifaqının istədiyi bir dostdurmu?” sərlövhəsi altında dərc olunmuş məqalədə deyilir ki, Mogherini-nin səfəri, Azərbaycanda iki aparıcı insan haqları fəalının – Leyla və Arif Yunusun sağlamlıq mülahizələri ilə həbsxanadan ev məhbusluğuna keçirilməsindən iki ay sonra baş verir.

Müəllif yada salır ki, o vaxt Avropa İttifaqı bunu Azərbaycan hökuməti tərəfindən atılacaq “növbəti addımların” başlanğıcı kimi qiymətləndirmişdi, lakin bu, baş verməyib.

“Hökumət öz tənqidçiləri üzərinə hücumunu yumşaltmaq üçün heç nə etməyib” – yazır müəllif.

Məqalədə deyilir ki, son iki ildə hökumətin tənqidçiləri və ya hökumətin özünə opponent bilərək siyasi motivli mühakimələrlə məhbus etdiyi şəxslər hələ də heç bir tibbi yardım görmədən həbsxanalarda uzunmüddətli cəzalarını çəkməkdədirlər.

“Hakimiyyət hüquqşünasları, siyasi fəalları, blogerləri, sürgünə qaçmış jurnalistlərin qohumlarını təqib etməkdə və sıxışdırmaqda davam edir” – yazır Philippe Dam.

Müəllif vurğulayır ki, insan haqları müdafiəçilərinin, hüquqşünasların təqib edilməsi və məhbəsə atılması bu adamların hüquqi yardımından asılı olanları çıxılmaz vəziyyətə salır.

Dərhal və qeyd-şərtsiz

Məqalədə deyilir ki, bu yaxınlarda Human Rights Watch da daxil 6 qrup Mogherini-ni prezident İlham Əliyevlə yeni partnyorluq sazişi barəsində danışqılar məqsədilə keçirilən görüşündə, insan haqları üzərinə hücumların partnyorluq danışıqları ilə bir araya sığmaması məsələsini qaldırmağa çağırıb.

Mogherini Azərbaycan rəhbərliyinə Avropa İttifaqı ilə işbirliyi və əməkdaşlığa necə bir partnyorların layiq olduğunu göstərmək üçün mükəmməl imkana malikdir

Həmin məktubda deyilirdi ki, xanım Mogherini İlham Əliyevdən, konkret şəkildə İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılova, İlqar Məmmədov, Anar Məmmədli, Tofiq Yaqublu və Rauf Mirqədirov da daxil, qanunsuz olaraq həbs və mühakimə edilmiş insan haqları müdafiəçiləri, siyasi fəallar və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etməlidir.

Philippe Dan yazır ki, bundan əlavə Leyla və Arif Yunusun müalicə üçün xaricə getmələrinə maneçilik törədilməməsi, müstəqil təşkilatların, insan haqları qruplarının normal fəaliyyətinə əngəl törədən qanun dəyişikliklərinin ləğvi tələb olunmalıdır.

“Mogherini Azərbaycan rəhbərliyinə Avropa İttifaqı ilə işbirliyi və əməkdaşlığa necə bir partnyorların layiq olduğunu göstərmək üçün mükəmməl imkana malikdir. Mən ümid edirəm ki, Azərbaycanda insan haqlarının müdafiəsi və Avropa İttifaqının öz ləyaqəti naminə Mogherini bu imkandan istifadə edəcəkdir” – yazır Philippe Dam.

XS
SM
MD
LG