Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:10

Almaniya Ukraynaya yardımı davam etdirəcəyini deyir


Bundestaq
Bundestaq

Almaniyanın hökumət sözçüsü Volfqanq Buxner avqustun 19-da israr edib ki, Berlin Kiyevə Rusiya təcavüzünə qarşı mübarizə üçün zəruri olan yardımları edəcək.

Bundan əvvəl yayılan xəbərlərdə 2025-ci il üçün Almaniya büdcəsində Ukraynaya yardımın yarıbayarı kəsiləcəyi bildirilirdi.

Sözçü deyib ki, bu barədə yayılan xəbərlər “sadəcə olaraq həqiqət deyil”.

O əlavə edib ki, Almaniya Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək.

Koalisiya müzakirələri

AFP yazır ki, 2025-ci il üçün büdcə kansler Olaf Şoltsun koalisiyasındakı üç partiya arasında uzun-uzadı müzakirələrə səbəb olub.

Liberal maliyyə naziri Kristian Lindner digər nazirləri “konstitusiyaya ehtiram olaraq” qənaətə, ölkə üçün borc yaratmamağa çağırıb.

Son büdcə layihəsində Ukraynaya yardım üçün 4.4 milyard avro nəzərdə tutulub. Bu, 2024-cü ilin büdcəsi ilə müqayisədə yarıbayarı azdır.

Almaniya hökuməti bildirir ki, bu kəsirin aradan qaldırılması üçün G7 və Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən istifadə planına qoşulacaq.

Ukrayna siyasəti dəyişməyib

Buna baxmayaraq büdcə layihəsi hələ də müzakirə predmeti olaraq qalır. Maliyyə naziri bildirib ki, büdcədə nəzərdə tutulduğundan başqa Ukraynanın ehtiyacı olduğu hallarda ayrı-ayrı vəsaitlər verilə bilər.

Hökumət sözçüsü vurğulayıb ki, Almaniya Ukraynaya “lazım olduğu qədər” yardımını davam etdirəcək və Berlinin Ukraynaya dair siyasətində dəyişiklik yoxdur:

"Biz əmin olmaqda davam edəcəyik ki, Ukrayna azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizə üçün lazım olan dəstəyi ala bilsin.”

Ukraynanın Qərb müttəfiqləri aylardır ki, Rusiyanın dünya boyunca dondurulmuş 300 milyard dollarlıq aktivlərindən istifadə mexanizmi üzərində işləyirlər.

XS
SM
MD
LG