Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:42

ABŞ-ın güzəşt tələbinə Rusiyadan cavab: ‘Biz heç bir güzəştə razı olmayacağıq...’


 Sergei Ryabkov (sol) və Vendi Şerman, Cenevrə, 30 sentyabr 2021
Sergei Ryabkov (sol) və Vendi Şerman, Cenevrə, 30 sentyabr 2021

Yanvarın 10-u Cenevrədə ABŞ-Rusiya görüş olacaq. İki gün sonra Brüsseldə Rusiya-NATO Şurasının iclası, növbəti gün isə Vyanada ATƏT çərçivəsində müzakirələr keçiriləcək.

Rusiya ABŞ-ın Cenevrə danışıqları öncəsi verdiyi siqnallardan “məyus”dur

İsveçrənin Cenevrə şəhərində ABŞ rəsmiləri ilə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Sergey Ryabkov yanvarın 9-da deyib ki, Kreml görüş öncəsi Vaşinqton və Brüsseldən gələn siqnallardan “məyus”dur.

AzadlıqRadiosunun rus xidməti yazır ki, “Siqnallar” dedikdə, görünür, Ryabkov NATO-nun baş katibi Yens Stoltenberqin və ABŞ-ın dövlət katibi Entoni Blinkenin son bəyanatlarını nəzərdə tutur.

Belə ki, onlar əslində Rusiyanın ötən ilin dekabrında irəli sürdüyü bir çox tələbləri qəbuledilməz adlandırıb, həm də qarşıdakı danışıqların əsas mövzusunun Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi ilə bağlı olduğunu deyiblər.

İnterfaks və RİA xəbər agentliyi Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkova istinadən Moskvanın danışıqlara nikbin baxmadığını və ABŞ-ın Rusiyanın birtərəfli güzəştlərində israr etdiyini bildirib.

"Biz heç bir güzəştlə razılaşmayacağıq. Bu, tamamilə istisnadır", - Ryabkov bildirib.

Vaşinqton bildirir ki, Ryabkov və ABŞ nümayəndə heyətinin rəhbəri, dövlət katibinin müavini Vendi Şerman Cenevrədə “əsas görüş” (10 yanvar ) keçirməzdən əvvəl yanvarın 9-u axşam saatlarında Cenevrədə işgüzar şam yeməyində “ilkin söhbət” edəcəklər.

ABŞ və Rusiya arasında ikitərəfli görüş yanvarın 9-10-tarixlərində Cenevrədə keçiriləcək. Daha sonra, yanvarın 12-i Brüsseldə Rusiya-NATO Şurasının iclası, növbəti gün isə Vyanada ATƏT çərçivəsində müzakirələrə başlanacaq.

Ötən ilin dekabrda Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonla Moskva arasında Rusiya üçün “təhlükəsizlik zəmanəti” adlandırdığı iki sazişin layihələrini dərc edib.

Həmin sənəddə ABŞ-ın NATO-nun daha da genişlənməsinə imkan verməmək, NATO-nun keçmiş SSRİ ölkələri ilə hərbi əməkdaşlığından imtina etmək və bir sıra digər öhdəlikləri ehtiva edir.

Açıqlanan həmin saziş layihəsində Rusiyanın öhdəlikləri haqqında demək olar ki, heç nə deyilmir. Rusiya prezidenti Vladimir Putin isə bunun ultimatum olmadığını bildirib, lakin qeyd edib ki, bu tələblər üzrə danışıqlar qısa zamanda aparılmalı və Rusiya onların hamısını yerinə yetirməkdə israrlı olacaq, əks halda “hərbi-texniki cavab” verəcək.

Tələblər Ukrayna ilə sərhədlər yaxınlığında Rusiya qruplaşmasının güclənməsi fonunda irəli sürülüb ki, bu da Qərbdə Ukraynaya genişmiqyaslı işğala mümkün hazırlıq kimi yozulur.

XS
SM
MD
LG