Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:48

Aslan İsmayılov: 'Mənim üçün əsas vəkilliyə bərpa yox, o hakimin cəzalandırılmasıdır'


Aslan İsmayılov başına gələnlərdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Aslan İsmayılov başına gələnlərdən danışdı (2013)

Hüquqşünas Aslan İsmayılovun vəkillik fəaliyyətinə xitam verilməsi haqda 8 il əvvəl çıxarılmış qərara yenidən baxılır. Bu iş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Dekabrın 14-də məhkəmədə çıxış edən İsmayılov deyib ki, Vəkillər Kollegiyasının üzvlüyünə bərpa olunmaqdan daha çox vəkillikdən uzaqlaşdırılmasına səbəb olmuş hakimin cəzalandırılmasında maraqlıdır: "O, məsuliyyətə cəlb olunsa, başqalarına da dərs olar. Anlayarlar ki, sifarişlə kiminsə üzünə durmaq, insanların həyatını alt-üst eləmək olmaz...".

"Deyirdi ki, bu sistemdə işləyə bilmirəm"

Söhbət Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovdan gedir. (o dövrdə Səbail Rayon Məhkəməsinin hakimi idi-red.) 2013-cü ildə onun şikayəti əsasında Vəkillər Kollegiyası İsmayılovun vəkillik fəaliyyətinin dayandırılmasına qərar vermiş, bu məqsədlə məhkəməyə müraciət etmişdi. Məhkəmə də Vəkillər Kollegiyasının iddiasını təmin etmiş, İsmayılovun vəkillik fəaliyyətinə xitam verilmişdi. Yuxarı instansiya məhkəmələrinə şikayətlər də nəticəsiz qalmışdı.

İsmayılovun şikayətinə baxan Avropa Məhkəməsi isə ona münasibətdə Konvensiyanın bir neçə maddəsinin pozuntusunu tanımışdı. İki ay öncə Azərbaycanda Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin sözügedən qərarı əsasında İsmayılovun vəkillik işinə yenidən baxdı. Nəticədə 8 il öncə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin çıxardığı qərarlar ləğv olundu. İş təkrar araşdırma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıldı.

"Bu, həmin Elnur Həsənovdur ki, mən Səbail Rayon Məhkəməsinə gedəndə gəlib mənə hörmətini ifadə edirdi. Deyirdi ki, Elçibəyin xaricdə (Türkiyədə) oxumağa göndərdiyi ilk tələbələrdən biri olmuşam, bu sistemdə işləyə bilmirəm. Məhkəmədə rüşvətxorluğun, korrupsiyanın hökm sürməsindən şikayətlənirdi. Sonra onun icraatında olan bir işlə bağlı aramızda narazılıq yarandı...", - İsmayılov dekabrın 14-də məhkəmədə çıxış edərkən bildirib.

Xəbərdarlıq aldığını deyir

Hakim Həsənov Vəkillər Kollegiyasına şikayətində İsmayılovun məhkəmənin girişindəki mühafizə polisini aldadıb onun iş otağına hücum etdiyini, ünvanına təhqiramiz fikirlər səsləndirdiyini iddia edirdi. İsmayılov isə deyir ki, şikayətdə göstərilənlər həqiqətəuyğun deyil.

Hüquqşünas hesab edir ki, 8 il əvvəl Prezident Administrasiyasının ovaxtkı rəhbəri Ramiz Mehdiyevi, şöbə rəisi Əli Həsənovu tənqid etdiyinə görə cəzalandırılıb. Onun sözlərinə görə, vəkillikdən uzaqlaşdırıldığı ərəfədə ona cəzalandırılacağı, hətta həbs oluna biləcəyi haqda xəbərdarlıq edilmişdi. İsmayılov vurğulayıb ki, vəkillikdən uzaqlaşdırıldığı ərəfədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb orada döyülməsi o dövrdə ona qarşı artan təzyiqlərin davamı idi.

Məhkəmə iclasında Vəkillər Kollegiyasının nümayəndəsi də iştirak edib. Lakin nümayəndə İsmayılovun səsləndirdiyi fikirlərə münasibət bildirməyib.

Bakı Apellyasiya Məhkəməsinin İsmayılovun vəkillik fəaliyyəti ilə bağlı qərarı yanvarın 12-də məlum olacaq.

XS
SM
MD
LG