Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:19

Minsk Qrupundan Azərbaycan və Ermənistana çağırış


►Onlar tərəfləri Pasxa və Novruz bayramlarını nəzərə almağa çağırırlar

ATƏT-in fəaliyyətdə olan sədri Qernot Erler, bu qurumun Minsk Qrupunun həmsədrləri Cems Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrie (Fransa) bəyanat veriblər.

APA-nın xəbərinə görə, bəyanatda onlar Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl etməyə çağırıblar.

Bəyanatda Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində irəliləyişə nail olmaq, dinc əhaliyə qarşı zorakılıqdan qaçmaq üçün tərəflərə təmas xəttində bütün tədbirləri görmək təklif edilir.

Sənəd müəllifləri Pasxa və Novruz bayramlarında tərəflərin atəşkəs rejiminə əməl etmələri ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsi Andrey Kasprşikin çağırışını da dəstəkləyiblər:

“Biz tərəfləri xalqların bu bayramları dinc şəraitdə qeyd etməsinə şərait yaratmağa çağırırıq”.

Minsk Qrupu Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında, sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.

1992-ci martın 24-də Helsinkdə yaradılıb.

1996-ci ilin dekabr ayından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var.

Buna da bax: Manatın devalvasiyasından sonra bayram süfrəsi.

Manatın devalvasiyasından sonra bayram süfrəsi..
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG