Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:56

Avropa komissarı Azərbaycan jurnalistinə görə “dəhşətə gəlib”


Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks, undated
Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks, undated

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks Facebook səhifəsində jurnalist Əfqan Muxtarlının işi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Mən, xəbərlərə görə Gürcüstanda oğurlanmış və zorla Azərbaycana gətirilmiş jurnalist və fəal Əfqan Muxtarlının başına gələnlərdən dəhşətə gəlmişəm”.

Cənab Muižnieks yazır ki, “o hazırda sərhədin qanunsuz keçilməsi və qaçaqmalçılıq ittihamları ilə istintaqla üzləşə bilər”.

İnsan haqları komissarı bunu da qeyd edir ki, Muxtarlı hökumətin tənqidi səslərə qarşı repressiyalarına düçar olmamaq üçün 2015-ci ildən Gürcüstanda yaşayırdı.

Dərhal azad edilməlidir

“Vəkilinin dediyinə görə, cənab Muxtarlı pulun onun cibinə onu oğurlayanlar tərəfindən qoyulduğunu və pis rəftara məruz qaldığını bildirib” – deyilir bəyanatda.

Nils Muižnieks yazır ki, “bu çox ciddi iddialardır və Gürcüstan hökumətinin son dərəcə təcili reaksiyasını tələb edir…”

İnsan haqları komissarı qeyd edir ki, Gürcüstan hökuməti hadisələrin effektiv, çevik və müstəqil təhqiqatını aparmalı, təhqiqatın nəticələrinə əsasən hərəkət edilməsi üçün zəruri tədbirləri görməlidir”.

Eyni zamanda Azərbaycan hakimiyyəti cənab Muxtarlını ləngidilmədən azad etməli və onun işgəncədən və pis rəftardan müdafiə də daxil, öz haqlarından tam istifadə etməsinə şərait yaratmalıdır” – yazır Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks.

XS
SM
MD
LG